')

Bu gün:


FutbolPress.Az | Qalmaqal! "Peşəkar futbolçu kiminsə zəngilə Azərbaycana gəlməz"

Qalmaqal! "Peşəkar futbolçu kiminsə zəngilə Azərbaycana gəlməz"


oxunma sayı: 496 Paylaş:

FutbolPress"Hər küçədən keçən futbolçunu komandaya götürməyəcəm ki... "

“Turan”ın baxışda olan 4 futbolçu haqda qərar verdiyini bildirmişdik. “Kəpəz”in əvəzedici heyəti ilə Gəncədə keçirlmiş yoxlama matçından sonra Ulraynadan gələn oyunçulardan 3-ü bəyənilmədi.

Yaroslav Suxanov istisna olmaqla, Pavel Yançuk, Aleksey Radoviç və Amberk İncibaşvilinin oyunu məşqçilər korpusunu razı salmadı və sözügedən 3 əcnəbinin göndərilməsi qərara alındı.

"Turan"ın şəraitini pisləyən, vətəninə qayıtmaq üçün pulu olmadığını və Tovuz təmsilçisindən lazım olan məbləği tələb edən Pavel Yançuk yerli mətbuata açıqlamasında məsələni böyüdəcəyini bildirib.

Bununla bağlı "Turan"ın vitse-prezidenti Namiq Məstanovla əlaqə saxladıq. Klub rəsmisi "FutbolPress"ə açıqlamasında məsələyə belə aydınlıq gətirdi:

"Biz üzərimizə götürdüyümüz öhdəlikləri çox yaxşı bilirik. Peşəkar futbolçu kiminsə zəngilə çantasını qoltuğuna vurub Azərbaycana gəlməz.

Ukraynadan bir menecer zəng elədi ki, belə bir futbolçu var, göndəmişəm, baxın. Ancaq həmin oyunçuya rəsmi dəvət göndərməmişik.

Onun heç bir sənədi yoxdu, ancaq bizdən geri qayıtmaq üçün pul tələb edir və bunu elə nümayiş etdirir ki, elə bil həqiqətən də ona borcumuz var. Hər küçədən keçən futbolçunu komandaya götürməyəcəm ki... 

Pavel özbaşına gəlib. Sözün düzü, komanda heç toplanışa başlamamışdı ki, o, Tovuza gəlib çıxmışdı. Hələ bir gün də bazada qaldı.

Əlində biz tərəfdən göndərilmiş rəsmi dəvətnamə olsaydı, onun geri qayıtmaq pulunu verərdik. Qanun qarşısında hər kəs acizdi". 


oxunma sayı: 496 | Paylaş:





?>