')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" şousu

"Qəbələ" şousu


oxunma sayı: 203 Paylaş:

Antalyada hazırlıqlarını tamamlayan "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası toplanışın axırıncı günündə qardaş ölkədə son yoxlama oyununu keçirib. 2 gün öncə Danimarkanın "Oure" Akademiyasının A komandası ilə qarşılaşan (2:1) bölgə təmsilçisi bu dəfə akademiyanın B komandası ilə münasibətlərinə aydınlıq gətirib.

İlk dəqiqələrdən final fitinə kimi üstünlüyü əldən verməyən "qırmızı-qaralar" rəqibini meydançaya çıxmağa peşman edib. Gözəl oyun özünü hesabda da göstərib - 7:1. Vəzir Musayev (2), İlkin Allahverdiyev (2), Roman İbrahimov, Ehtiram Şahverdiyev və Baxşəli Baxşəliyevin qolları "Qəbələ"yə böyükhesablı qələbə qazandırıb.

Bu matçla Antalya toplanışına yekun vuran "Qəbələ" bu gün vətənə dönəcək.

gabalafc.az


oxunma sayı: 203 | Paylaş:




?>