')

Bu gün:


FutbolPress.Az | Eksklüziv! "Qarabağ"ın hədəfindəki futbolçu Misir klubuyla müqavilə bağladı

Eksklüziv! "Qarabağ"ın hədəfindəki futbolçu Misir klubuyla müqavilə bağladı


oxunma sayı: 564 Paylaş:

FutbolPressTransfer çalışmalarını davam etdirən “Qarabağ”ın Branimir Subaşiçin ardından daha bir futbolçunun keçidini reallaşdırmağa hazırlaşdığı xəbəri yayıldı. Ağdam klubunun hədəfindəki əcnəbinin “Benfika”da forma geyinən Bruno Sezar Zanaki olduğu bildirilir. Hətta tərəflər arasında danışıq aparıldığı deyilir.

Bruno karyerasını hansı klubda davam etdirəcəyinə artıq qərar verib. O, Misirin "Əl Əhli" klubu ilə müqavilə bağlayıb. Bu haqda "FutbolPress" rəsmi menecer agentliklərindən birindən məlumat əldə edib.

25 yaşlı futbolçu karyerasının ilk illərini ölkəsində “Bahia”, “San Paulo” “Palmeyras” və “Qremio”nun aşağı yaş qruplarından ibarət komandalarında keçirib. Peşəkar karyerasına “Ulbra”da başlayan Sezar ardınca “Noroeste” və “Santo Andre” klublarında çıxış edib.

2010-cu ildə “Korintians”a keçən yarımmüdafiəçi orada 31 oyun keçirib və 14 qol vurub. 2011-ci ildən formasını geydiyi “Benfika”da isə 30 oyunda meydana çıxan futbolçu 10 qolun müəllifidi.

O, 2011-ci ildə Braziliya millisinə dəvət alıb. Bruno Qabon və Misirlə oyunlarda yığma formanı geyinib.

FutbolPress
Antalya


oxunma sayı: 564 | Paylaş:




?>