')

Bu gün:


FutbolPress.Az | OYUNCAQ HK -NIN ƏFQAN HƏMZƏYEV "OYUNCAĞI"

OYUNCAQ HK-NIN ƏFQAN HƏMZƏYEV "OYUNCAĞI"


oxunma sayı: 370 Paylaş:

Həmzəyevin problemli onurğası...

Cəmi bir neçə gün əvvəl Hakimlər Komitəsinin abırını ətəyinə qoyan bir fakt aşkarlanmışdı. U-13 liqada oyunların birini üç hakim əvəzinə ikisi idarə etmişdi. Buna görə də həmin oyunda aləm bir-birinə qarışmışdı. Bu faktı aşkarlayıb HK sədri Xaqani Məmmədova sübut edəndən sonra o, yenə HK-nın işinin öhdəsindən gələ bilmədiyi fikriylə razılaşmır. Müsahibələrinin birində bildirib ki, həmin oyunun hakimi əvvəldən cəzalandırıldığı üçün oyuna çıxmayıb və bununla, guya düz addım atıb.

Həqiqətən, Məmmədov nə danışdığını bilmir. Görəsən o hakim cəzalanmışdısa, onda onu həmin oyuna kim və niyə təyin etmişdi? Belə də absurd şey olar? Danışdığını özü də bilmirsə, onda HKaşının problemləri ciddidən də ciddidi...

Faktı aşkarlayıb ovucuna qoyursan, yenə xeyri yoxdu. Hər dəfə bu cür yazıları, xəbərləri özünə qarşı əks-kampaniya saydığını deyir hər yanda. Adama deyərlər, ay Hkbaşı, sənin nəyinə əks-kampaniya aparaq..? Onsuz Ramin Musayev HK-nı əlində oyuncaq edib, fırladır da...

Xaqani Məmmədov özü "oyuncaq" olsa da, onun da "oyuncaqları" yox deyil. Bunların arasında ən faydalı fiqur Əfqan Həmzəyevdi, bilirsiz.

Deməli, Həmzəyev dünən Həvəskarlar Liqasının "Mehdiabad bələdiyyəsi" - "Gücbirliyi" matçına təyin olunubmuş. Bu haqda məlumatlı mənbə deyir ki, Həmzəyev onurğasındakı problemi bəhanə gətirərək həvəskarların oyunun idarə etməkdən boyun qaçırıb. Məhz oyun günü hardansa hakim tapıb, oyunu keçiriblər.

Maraqlıdı, onurğasında problemi olan hakim Premyre Liqanın qarşıdakı turunun "Simurq" - "Qarabağ" oyununa təyinat alıb. Bunu kim izah edəcək? Bəs onun Həvəskarlar Liqasına gönərilməsinin məntiqi nə idi...

P.S. Biz buna da izah verə bilərik. Ancaq Xaqani Məmmədov işini-gücünü atıb bizi "kampaniyabazlıqda" suçlamasın deyə, bu dəfə izahı öz öhdəsinə buraxırıq. Buyursun, buna da izah versin...


oxunma sayı: 370 | Paylaş:




?>