RUHİD USUBOV: MƏNİ "MUĞAN"DAN DAHA BÖYÜK HƏDƏFLƏR DÜŞÜNDÜRÜR
Paylaş:
"Qarabağ"a Samir Abasova görə getmədim" Buyaxınlarda dizindən əməliyyat olunan "Muğan"ın gənc oyunçusu Ruhid Usubov artıq komandayla birlikdə yüngül məşqlər edir. "İnter"ə lazım olmayan, lakin mütəxəssislərin perspektivli saydığı Usubov bəzi suallarımızı cavabladı. - Əməliyyatdan iki həftə keçib, indi necəsən? - Uğurlu əməliyyat keçdim. Artıq məşqlərə başlamışam. Ən çox bir aya bərpa olunaram. - "İnter"dən kənarlaşdırılandan sonra "Qarabağ" səni istədi. Amma "Muğan"a getdin... - Ona görə ki, o komandada mənim mövqeyimdə millinin oyunçusu oynayırdı. "Qarabağ"a Samir Abasova görə getmədim. Düzdü, Qurba Qurbanov şəxsən məni dəvət elədi, sağ olsun. Yoxlanışdan uğurla keçmişdim, ancaq hələ belə komandada oynamağa hazır bilmirdim özümü. Sərfəli olsa da, pulu oynamaqdan üstün tuturam. Mənə hələ oynamaq lazımdı, artırlamlıyam. Pul sonra da olacaq. - "Muğan"da istədiyin qədər oynaya biləcəyinə əminsən? - Bilirsiz, nə qədər ki Almir Hurtiç baş məşqçiydi, mən heç burda da oynaya bilməyəcəkdim. O, məşqçilik eləmirdi, məqsədi yalnız qohum-əqrəbasını başına yığıb istədiyini eləmək idi. Nə yaxşı ki, vaxtında onu qovdular. İndi komanda özünə gəlib. Meydanda əsl futbol oynayır. Özünüz gördüz, "Bakı" kimi komandayla başa-baş oynadıq (Kubokun 1/8 final matçını deyir- red.). - Bəs nə vaxt oynaya bilərsən? - Tam gücümlə məşq edəcəm. Çox həvəsliyəm. Gələn ayın əvvəlindən artıq oynaya bilərəm. Ancaq özümü ikinci dövrəyə hazırlayıram. Baş məqşçi də deyib, yaxşı formada olsam, mütləq oynayacam. Əsas heyətlə məşqlər edirəm. Görək də... - Komandanızın turnir cəvəlindəki mövqeyi elə də yaxşı deyil. Perspektivli oyunçunun məqsədi daha da qabağa getmək olmalıdı. Sən bir az çəkinirsən. "Qarabağ"ı qoyub, "Muğan"a gəlmək... - Razıyam. Elədi. Ancaq oyun praktikam çox aşağı idi. Məncə, bu addımım yanlış olmayıb. Həm də təbii ki, məqsədlərim var. Bunun üçün də əvvəlcə oyamaq, sonra yaxşı oynamaq, sonra da daha yaxşı oynamaq lazımdı ki, diqqət cəlb edəsən. Mən isə hələ ilk mərhələni aşmalıyam. - Səncə, iddialı komandalar istəyər səni? - Açığı, real təkliflər də var. Təbii ki, ad çəkməyəcəm. Bu, bir ənənədi, ad çəkmək olmaz. Ancaq hələ pul haqda düşünmürəm. Bayaq dediyim kimi, pulu düşünsəm, karyeram da uzun çəkməz. Nə bilmək olur. Bir az təmkinli olmaq və peşəkar yanaşmaq lazımdı. - - "Qarabağ" yenidən istəsə? - Mən sərbəst düşüncəli adamam, baxmayaraq ki, hazırda konkret bir klubun oyunçusuyam, ancaq düşündüyümü səmimi deməyi xoşlayıram. Əgər "Qarabağ" yox, lap autsayder bir komanda olsa belə, lazım bilsəm, gedərəm. Əsas odu ki, mənə təcrübəmi artırmaqda faydası olsun. Məni "Muğan"dan daha böyük hədəflər düşündürür. Yaxşı oynayan oyunçunun növbəti məqsədi milli komanda olur. Mən də bunu düşünürəm. Onunçün çalışıram.
| Paylaş: