')

Bu gün:


FutbolPress.Az | ALI ALIYEV: "XAQANİ MƏMMƏDOVLA BİR KUPEDƏ YEYİB-İÇMİŞİK"

ALI ALIYEV: "XAQANİ MƏMMƏDOVLA BİR KUPEDƏ YEYİB-İÇMİŞİK"


oxunma sayı: 832 Paylaş:

"Xodukini Samir Abasovun əli ilə "vurdu"lar"


- Nə vaxtdan işsiz qalmısız?

- 2007-ci ilin iyul ayından bu yana.

- Futboldan kənar qaldığınız dövrdə nə işlə məşğul olursuz?

- 1984-cü ildə Bədən Tərbiyəsi İnstutunu fərqlənmə ilə bitirdikdən sonra təyinatımı Bakı Dövlət Universitetinə göndərdilər. İndi orada müəllim işləyirəm. Xəzər və Asiya universitetlərində də işləmişəm. Hətta Xəzər universitetində komanda yaratmışdım.

- 2007-ci ildən bu yana 3 il ötüb. Bu müddət ərzində futbolumuzda nə dəyişib?

- Bizim futbolda artım yox, əksinə, tənəzzül var. Yavaş-yavaş yumarlanıb quyuya tərəf gəlir. Allahın köməkliyilə də bir azdan quyunun dibində olacaq.

- Quyuya tərəf deyəndə, konkret olaraq nəyi nəzərdə tutursuz?

- Keçirilən çempionat, onun gedişatı və ölkəyə bir dənə də olsun, səviyyəli legioner gəlməməsi. Agentlər arasında özbaşınalıqdı. Kim nə istəyirsə, onu da edir. Kimin yaxşı dayısı var, o da dayısıyla birgə yaxşı pul qazanır. Bu inkişaf deyil.

- Kimlər pul qazanır?

- Azərbaycana futbolçu gətirən menecerlər. "Day-dayısı" da kluba göstəriş verir ki, sən bu futbolçunu götürməlisən.

- Əsasən hansı klublar göstərişlə oyunçu alırlar?

- İmkanlı alırlar, imkansızlara tapşırılır kimlərisə götürmək.

- Sabiq "İnter" rəsmisi kimi komandanın hazırkı çıxışı sizə necə təsir bağışlayır?

- Çox pis. "İnter" yaranandan sonra bu komandayla nəfəs alan bir adam olmuşam. Futbolla əlaqədar bütün işlərə mən nəzarət etmişəm. Təkcə transfer siyasətinə qarışmamışam. Çünki onda məşqçi öz dəyərini itirər. Deməli, nəticəyə bir baş cavab verən məşqçidirsə, seçimi özü etməlidir. Agentlər məşqçiyə futbolçuları gətirər və təqdim edər. Futbolçunu da götürüb-götürməmək məşqçinin səlahiyyətindədir. Komandanı baş məşqçi komplektləşdirir. Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və mənimlə çiyin-çiyinə işləyən digər məşqçilər də təsdiq edərlər ki, onların işlərinə qarışmamışam. Əksinə baş məşqçilərə köməyim dəyib. Bu gün "İnter" çox acınacaqlı oyun göstərir. Bunun səbəbkarı isə Kaxaber Sxadadzeni kluba calıyanlardadır. O: "İnter"ə layiq məşqçi deyil. Bu adamın diqtəsinə baxın ki, oğlunu da "İnter"ə gətirmişdi. Yəqin ki, aşağı-yuxarı 80-100 min dəyərində də müqavilə bağlamış olar. Görəsən, Kaxanın oğluna Gürcüstanın yüksək liqasında hər hansı bir klub bu məbləğin yarısı qədər pul verərdimi? Əgər bu oyunçu komandaya lazım deyilsə, niyə onunla müqavilə bağlayıblar? Müqavilə bağlayıb, futbolçunu «Simurq»a icarə veriblərsə, müqavilə müddəti bitənə qədər komandanın nizam-intizam qaydalarına riayət etməli idi. Hansı əsasa görə, futbolçu «İnter»lə oyuna meydana çıxmaqdan imtina edir. Əgər belə hal baş veribsə, o zaman federasiya futbolçunun lisenziyasını ləğv edib və cərimələyir. Belədə futbolçunun «İnter»lə də müqaviləsi sona çatmış olur. Atasının və oğlunun araxasında dayanalar olduğu üçün futbolçuya qarşı heç bir cəza tətbiqi görülmür. Kaxa kimdir ki, klubun taleyi ilə oynayır? Düzdü, Sxaxdadze yaxşı futbolçu olub. Ancaq məşqçi kimi zəifdir. Ələlxsüs, Valentin Xodukinlə müqayisədə. Xodukinin vaxtında komanda stabil çıxış edirdi. Məhz Xodukinin qurduğu heyətlə (8-9 futbolçu) Kaxa çempion oldu. Həmin futbolçular komandadan gedəndən sonra vəziyyət daha da çətinləşdi. Kaxanın qurduğu heyət özünü doğrulda bilmir. İndi «İnter» ən pis günlərini yaşayır.

- Sizcə, Xodukinin gedişi nə ilə bağlı oldu?

- Kubok finalından əvvəl Samir Abasovu ilin ən yaxşı müdafiçisi seçildi. Həmin futbolçunu ən yaxşı seçənlər Xodukini Samirin əli ilə «vurdular». Növbəti mövsümə Samir «Qarabağ»da başladı. Xodukinin yerinə isə Kaxaber gəldi.

- Bəs nəyə görə Nikolov bu işə müdaxilə etmir?

- Georgi Nikolovu yaxşı tanıyıram. İş prinsiplərinə də bələdəm. Avropa mədəniyyəti görmüş adamdı. O, suyu üfləyə-üfləyə içər. Klubda futbol siyasəti aparmır. Sxadadzenin gəlişindən sonra klubda siyasət gürcünü gətirənlərin əlindədi. Buna isə Nikolov müdaxilə etmir. Çünki nəticəyə birbaşa məşqçi cavabdehdi. Oturub təhlil edəndə də görürəm ki, doğrudan onun işi elə də asan deyil.

- Nəyə görə belə düşünürsüz?

- Nikolov futbol siyasətini bilməsə də, öz işinin öhdəsindən gəlir.

- Öz işinin öhdəsindən gələ bilirsə, niyə bu qədər uğursuzluqdan sonra Sxadadzeni uzaqlaşdıra bilmir?

- Georgi beynəlxalq qaydalara üstünlük verir. Əgər ötənilki çempion bütün komponentlərdə özündən qat-qat zəif, az qala yüksək dəstədə qalmaq üçün yalvaran komandaya uduzursa, o məşqçinin ərizəsi həmin gün yazılmalı və işindən uzaqlaşdırılmalı idi. Özü də tək Sxadadzeni yox, onun bütün dəstəsini, mafiyasını.

- Alı müəllim, belə bir söz-söhbət də gəzir ki, sizin vaxtınızda da Anatoli Konkov "İnter"in pulunu yığışdırıb Ukraynaya getdi və orda akademiya açdı...

- Konkov birinci vitse-pezident idi. Ona icraçı direktor kimi heç bir təsir etmək gücünə malik deyildim. Onun gətirdiklərinin arasından bircə Xodukin qalmışdı. O da öz səviyyəsinə görə. "Ulduz" kinosunda da deyildiyi kimi, məni bu işə sövq edənlər tarix qarşısında cavab verəcəklər. Konkovu o vəziyyətdə kluba gətirənlər tarix qarşısında özləri cavab verəcəklər. Ancaq bu adam Azərbaycan futboluna ciddi təsir göstərdi. Özü də müsbət təsir.

- Hansı baxımdan?

- Onun vaxtında Azərbaycana ilk legioner axını başladı. Ardınca isə klub strukturlarının formalaşması.

- Ovaxtkı "İnter" yaxşı təsir bağışlayırdı, yoxsa bugünkü?

- Məncə, o vaxtkı. Bunu məndən yox, kənardakılardan soruşmaq lazımdı. O vaxt müxtəlif klublarda işləyən məşqçilərdən də soruşmaq olar ki, hansı "İnter" daha güclü idi. Hansı klub milli komandaya daha çox xeyir verirdi. "İnter" həmişə səviyyəli olub. İşlədiyim dövrdə yığma komandaya 6-7 futbolçumuz dəvət alırdı. Müxtəlif yaş qrupları üzrə milli komandalara 3-4 futbolçu verirdik. Hazırkı heyətdə cəmi üç azərbaycanlı var. Hanı Azərbaycan futbolu? Finlandiya yığması ilə Respublika stadionundakı oyun. "İnter"in altı-yeddi futbolçusu millinin heyətində çıxış edirdi. Hərənin öz strategiyası var. İndi Kaxanın ətrafında kimlər işləyir? Əlbəttə, Roman Cəfərov onun əsas köməkçisidi. Əvəzedici heyətə də o, nəzarət edir. Komanda hazırda 9-cu yerdədi. Aşağı yaş qruplarının vəziyyəti lap acınacaqlıdı. Bu da Romanın seçimidi. Əvəzedici heyətdə meydana çıxan futbolçular və oyunda əvəz olunan oyunçuların hamısı maddi maraq əsasında müəyyən edilir. Kaxa diktatordu. Ona kim söz deyə bilər? Müzəffər müəllim? Adını eşitmişəm, özünü tanımıram. Eşitdiyimə görə, keçmiş polisdi. Zaur, keçmiş futbolçu. O da Kaxa qədər bilməz. "Neftçi"də mətbuat katibi işləmiş Səbuhi - əlbət ki, bunların heç biri. Belə olan halda Kaxa "İnter"ə öz oğlunu da gətirər, dayısı oğlunu da, xalası oğlunu da.

- "İnter" sizin vaxtınızda çox pul xərcləyirdi, indi?

- Əlbəttə ki, indi. Əvvəlki büdcədən 2-3 dəfə artıq pul xərcləyirlərvə kimlərinsə sayəsində çempion oldular. Bilirsiz, necə? Bu gün Kaxanın Xodukini görməyə gözü yoxdu. Çünki Xodukin futbolu ondan yaxşı bilir.

- "İnter" çempion olandan sonra 1-2 ildə komandada dəyişikliklər oldu. Ancaq inkişaf?..

- Heç ola da bilməz. Çünki Rüstəm, Kamran və Cəfərov üçlüyü bütün uşaq futbolundan tutmuş, əvəzedici komandaya qədər hamısından haqq yığıb bölüşdürürlərsə, burda hansı inkişafdan danışmaq olar? Bunlar gedirlər, yerinə Səbuhi gəlir. Yaxşı, şirin uşaqdı. Mənim ona böyük hörmətim var. Jurnalistliyini bilirəm. Ancaq bununla futbolu idarə edə bilməz. Yaxud da ki Zaur İsmayılov. Axı bunlar idarə edə bilməzlər. İdarəçilik başqa şeydi. Antalyaya getmək, əlli nəfəri geyindirib geri gətirmək. Bunu heç kim edə bilməz. Ancaq Alı eliyə bilər - pulu sonra ödənilmiş.

- Sizcə, "İnter" bu gedişlə çempion ola və ya avrokuboklara düşə biləcək?

- Onu "İnter"in federasiyada oturan dayısı bilər.

- Kimdi ki dayısı?

- Necə olur ki, "Neftçi" oynayır "Qarabağ"la. Həmin oyuna "Neftçi" əvəzedici heyətlə çıxır və "Qarabağ" onu uda bilmir. Necə olur ki, "Bakı" gedib Lənkəranda "Xəzər Lənkəran"ı udur. "İnter" çempion olur. Bu necə olur? Hamısını eləyən var. Yuxarıda oturanlar "İnter"ə «day-day»lıq edirlər. Olanı deyirəm. Hakimlik barədə də danışmaq istəmirəm. Necə deyilirsə, oyunları da elə idarə edirlər. 2015-ci ilə qədər Azərbaycan futbolunun inkişaf proqramı var. Deyin görüm, inkişaf üçün hansı işlər görülüb? İndi bu proqrama rəhbərlik edən adamlar bir vaxt əlinin altında işləyənlərə deyəcəklər ki, mən sizə etibar elədim. Daha demədim ki, hər şeyi zay edin. Cavab verəcəklər. Prezidentimizin birinci arzusu Qarabağın azad olmasıdı. İkinci arzusu futbolun da digər idman növləri səviyyəsinə qaldırmaqdı. Soruşmaq istəyirəm, bu nə çempionatdı, keçirirsiz? Guya, son tura qədər çempionluq uğrunda mübarizə gedir? Bəzi "futbolu bilən ağsaqqallar" dirijorluq edirlər.

- Bəs hakimlər barədə nə deyə bilərsiz?

- Vallah hakimlərin heç bir günahı yoxdu. Onlara deyirlər ki, filan oyunda filan komanda qələbə qazanmalıdı. Hakim də gedib oyunu çox rahat idarə edir. Veydançada olan futbolçular df ona kömək edir. Çünki hər bir komandada onların «sadiq futbolçular»ı var.

- Yadınızdadırsa, "Turan" - "İnter" oyunundan sonra indiki HK sədri Xaqani Məmmədov federasiya rəhbərliyi dəyişənə qədər uzaqlaşdırıldı...

- Həmin gün Bakıya gələndə qatarda yeyib-içirdik. Bu vaxt Xaqani Məmmədov və onun köməkçiləri yanımıza gəldilər. Düzdü, içki içməsələr də, söhbət etdik və səhv eləmirəmsə, meyvə də yedilər. Köməkçilər kupeni tərk edəndən sonra Konkov, Xaqani və mən tək qaldıq.

- Onda belə çıxır ki, Xəqani Məmmədovun izahatında yazdıqları öz əksini tapır...

- Onun nəsə yazdığını deyə bilmərəm. Amma bizimlə bir kupedə olduğumuzu təsdiq edirəm.

- Hətta belə söz-söhbətlər gəzirdi ki, Xəqaniyə «şirinlik» də vermisiz?

- Bu haqda cavab vermək istəmirəm. Qalsın sonraya.

- Onda bu məsələyə yaxın günlərdə qayda bilərikmi?

- Olar...

- Sizcə bu il çempion kim olacaq?

- Çempion artıq məlumdu. Sözsüz ki, "Neftçi".

- Niyə "Neftçi"?

- Çünki "Neftçi"yə Sadıq Sadıqov rəhbərlik edir. Onu tanımasam da, klub rəhbərinin idmançılara verdiyi dəstəkdən xəbərdaram. Digər idman növlərinə onun qayğı göstərməsi də göz qabağındadır. Klubun nəzdində fəaliyyət göstərən bölmələrin idmançıları Olimpiya, dünya və Avropa çempionlarıdır. Onun rəhbərliyi ilə «Neftçi»nin uğur qazanacağına əminəm. Baxmayaraq ki, onun ətrafında peşəkarlar çalışmır.

İstərdim «İnter» və ya «Qarabağ» çempion olsun. "İnter"ə bir övladım kimi baxıram. "Qarabağ"ı isə gənc mütəxəssis Qurban Qurbanova görə. Çünki o, Avropa Liqasında Qarabağı adını çox hallandırdı.


oxunma sayı: 832 | Paylaş:




?>