Qurban Qurbanovun ruslarla görüşünün vaxtı açıqlandı
Paylaş:
“Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. Ağdam klubunun yanvarın 19-dakı ilk rəqibi “Ural” olacaq. Artıq Rusiya təmsilçisi ilə oyunun başlama saatı da dəqiqləşib. Matç “İC Santai” otelinin futbol meydançasında baş tutacaq. Görüşün başlama saatı yerli vaxtla 17:00-na təyin olunub.
| Paylaş: