')

Bu gün:


FutbolPress.Az | "Bakı"nın məşqçilər korpusunda dəyişiklik

"Bakı"nın məşqçilər korpusunda dəyişiklik


oxunma sayı: 286 Paylaş:

FutbolPress"Bakı"nın məşqçilər korpusunda dəyişiklik edilib. Bu barədə "FutbolPress"ə paytaxt təmsilçisinin Media və Marketinq Departamentinin direktoru Nəriman Mehdiyev məlumat verdi.

Klub rəsmisi saytımıza açıqlamasında bildirdi ki, göndərilən köməkçi məşqçi Balamatsias Panagiotisin yerinə Deyan Suzoviç gətirilib. Serbiyalı çalışdırıcı artıq dünəndən "Bakı"nın düşərgəsinə qoşulub.

Suzoviç 21 noyabr, 1969-cu il tarixində anadan olub. Fiziki hazırlıq üzrə doktorant olan Suzoviç "Sloqa", "Mladost", "Voyvodina", "Zemun", OFK, "Rad" və "Yaqodina" klublarında çalışıb. 


oxunma sayı: 286 | Paylaş:




?>