AZAL-dan Cəmşid Məhərrəmovla Emin İmaməliyevin transfer xəbərinə reaksiya
Paylaş:
"Biz Bakıdakı işlərimizi tamamlamışıq"
Dünən "Neftçi"dən ayrılmış Saşa Yunisoğlu ilə münasibətlərini rəsmiləşdirən AZAL-ın daha iki yerli futbolçu ilə güclənəcəyi xəbəri yayılıb. Paytaxt təmsilçisinin “Bakı”nın imtina elədiyi Cəmşid Məhərrəmovla “Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyevi heyətinə qatacağı bildirilir.
Məlumata görə, artıq hər iki futbolçu "təyyarəçilər"lə görüşüb və transferin şərtlərini müzakirə edib. Bununla bağlı AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovla əlaqə saxladıq. Klub rəsmisi "FutbolPress"ə açıqlamasında məsələyə belə münasibət bildirdi:
"Elə bir məlumatı mən də eşitmişdim. Ancaq real bir şeydən söhbət gedə bilməz. Biz Bakıdakı işlərimizi tamamlamışıq. Artıq komanda bu gün səhər saatlarında Antalyaya uçdu. Ümumiyyətlə, o futbolçularla danışığımız olmayıb".
| Paylaş: