')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran" bu qış üçüncü transferini rəsmiləşdirdi

"Xəzər Lənkəran" bu qış üçüncü transferini rəsmiləşdirdi


oxunma sayı: 681 Paylaş:

FutbolPress"Xəzər Lənkəran" komandanın düşərgəsinə baxışa gələn xorvatiyalı qapıçı İvan Çoviçlə iki illik müqavilə imzalayıb.

22 yaşlı qolkiper vaxtilə U-21 Xorvatiya millisinin şərəfini qoruyub, 2008-2009-cu illərdə Zaqreb "Dinamo"sunda, 2009-2010-cu illərdə "İnter Zapreşiç" və 2010-2012-ci illərdə "Hrvatski Draqovolyaç" klublarında oynayıb.

Dünən komandanın axşam məşqi zamanı xorvatiyalı qolkiper özünü ən yaxşı tərəfdən göstərərək məşqçi korpusunun rəğbətini qazanıb.

"Xəzər Lənkəran" daha öncə Gökhan Güləç və Uğur Pamukla müqavilə bağlamışdı.


oxunma sayı: 681 | Paylaş:




?>