')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" tam heyətlə

"Qarabağ" tam heyətlə


oxunma sayı: 258 Paylaş:

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Klubun rəsmi saytının verdiyi məlumata görə, Ağdam təmsilçisinin bugünkü proqramında 2 məşq var idi.

Komanda ənənəvi olaraq səhər çalışmasına yerli vaxtla 11:00-da yollanıb. Hər zaman olduğu kimi baş məşqçi Qurban Qurbanovun drujinası futbolçuları səhər məşqində fiziki hazırlıqla "yükləyiblər". Ardınca meydanboyu maneələri aşaraq qapıya zərbələr üzərində işləyən komanda səhər çalışmasını başa vurub.

"Qarabağ"ın ilk çalışmasında bütün futbolçular iştirak ediblər. Dünən Qara Qarayev fərdi çalışmışdısa, 20 yaşlı yarımmüdafiəçi bu gün kollektiv çalışmalarda iştirak edib. Eyniylə Torres də komandayla birgə olub. Riçard Almeyda isə axşamdan etibarən məşqlərdə tam gücüylə iştirak edəcək.


qarabagh.com


oxunma sayı: 258 | Paylaş:




?>