')

Bu gün:


FutbolPress.Az | AĞ YUYULUB, QARA SƏRİLƏN "NEFTÇİ"...

AĞ YUYULUB, QARA SƏRİLƏN "NEFTÇİ"...


oxunma sayı: 776 Paylaş:

"Ağ-qaralar"ın hakimlərə və mətbuata hiddəti nəyi göstərir?

Premyer Liqanın son turunda AZAL - "Neftçi" matçı qalmaqalla başa çatdı. Qonaqların rəhbərlik və futbolçu heyəti oyundan sonra soyunub-geyinmə otağına gedəndə qarşı tərəfi təhqir etməkdən, PFL-in və bəzi telenkanalların kameramanlarına söyüş söyməkdən belə çəkinmədilər. "Neftçi"nin prezidenti Sadıq Sadıqov isə qarşılaşmanın hakimi Elçin Məmmədova sanki haqq-hesab sorurmuş kimi davranırdı. Ara qızışdı, məzhəb itdi, polislərin müdaxiləsi də çarə olmadı... Anlaşılandı, xal itkisinə görə əsəblər tarıma çəkilib, ancaq kənardan "qoçu" görüntüsü yaradan davranışlar böyük komandaya yaraşmaz. Özü də jurnalistlərin gözü önündə baş verirdi bunlar.

Məmmədov bu haqda fikirlərini premyerliqa.az saytıyla bölüşüb: "Çox biabırçı vəziyyət yaranıb. Hər oyundan sonra klub rəsmiləri uğursuz çıxışlarının səbəbini hakimlərin idarəçiliyində axtarırlar. 500 min avro qiyməti olan futbolçu 3 metrdən topu qapıya dəqiq vura bilmir, ona heç kim heç nə demir. Amma az qala hər xırda epizoda görə hakimlərə narazılıq bildirirlər. Əgər belədirsə, mən təklif edirəm ki, AZAL-ın, "Xəzər Lənkəran"ın və "Neftçi"nin oyunlarında hakim olmasın".

P.S. "Neftçi" həmin oyunda rəqibin yaxşı oynayıb ondan xal almasını həzm etmək əvəzinə özündən başqa hamıda günah görürdü. Oyundan sonra - bu günə qədər klub rəsmiləri mətbuatda absurd çıxışları, bəyanatlarıyla nə demək istəyirlər, anlaşılmır.

Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu futbolçuların zədələnməsini, hakimlərin "Neftçi"ni "sıxmasını" mətbuatın "görmədiyini" və ya bunu bilərəkdən etmədiyini bildirir. Digər rəsmilər isə yalançı hay-həşir salıb hakimliklə bağlı söz-söhbətləri öz üzərilərindən atdıqlarını düşünürlər. Ancaq əslində bu, çox uğursuz gedişdi. Adama deyərlər, "soğan yeməmisənsə, için niyə göynəyir?".

"Neftçi"yə hakim təzyiqi predmet ola bilərmi sizcə. Futbolun içində olan, prosesləri bilən və izləyən hər kəs bu temanı açıb-ağartdığına görə "Neftçi" idarəçilərinin əslində özlərini "yandırdıqlarını" asanlıqla təyin edə bilərlər. Barı, sakitcə işinizlə məşğul olun.

Sizə milyonlar etibar olunub, onu düzgün xərcləyin, cənablar. Hər gün, gündə bir neçə dəfə açıqlamalarınızda eyni şeyi təkrarlayıb, oxucuları güldürməyin. Məbtuatın müstəqil qalan qismi onsuz görür və yazır. "Neftçi"yə qarşı haqsızlıq və ya əksinə: biz hər şeyi görürük. Ciddi olmaq lazımdı. Onsuz "Neftçi" son illər qeyri-ciddilik sindromunda idi...

E L Ç ! N


oxunma sayı: 776 | Paylaş:




?>