')

Bu gün:


FutbolPress.Az | RƏŞAD ABDULLAYEV FOQTSDAN NARAZIDI

RƏŞAD ABDULLAYEV FOQTSDAN NARAZIDI


oxunma sayı: 398 Paylaş:

"Ötən il "İnter"in çempionluğu mənə "çatmırdı"

- Rəşad, ilk öncə "Neftçi"nin "Qarabağ" üzərindəki qələbəsindən danışmaq istərdik. Oyunun bu nəticə ilə başa çatacağına inanırdın?
- Oyunun belə çətin keçəcəyini gözləyirdik. "Qarabağ" güclü rəqibdi və çempionatda da bunu sübut edir. Ancaq əsas olan komandanın qələbə qazanması idi ki, onun da öhdəsindən gəldik. Hələ çempionatın başa çatmasına çox, amma qələbəni bayram etmək daha xoşdu.

- Oyundan sonra hamı hakim səhvlərindən danışdı. Sən necə, hakimin idarəçiliyindən razı qaldın?
- Qərarlar deyəndə, yaqin ki, oyunda olan penalti epizodunu deyirlər. Epizoda yaxın olmadığım üçün görmədim. Heç kimin haqqını yemək istəmirəm. Belə baxanda oyun pis idarə olunmadı. "Qarabağ"ın əldən verdiyi fürsətləri də unutmaq olmaz.

- Uzun müddətdi "Neftçi" çempionluğa həsrətdi. Səncə, cari ildə komanda çempionluğa layiq oyun nümyiş etdirirmi?
- Ötən ildən burdayam və deyə bilərəm ki, həmin il "Neftçi" yaxşı oyun nümayiş etdirmirdi. Komanda yenidən qurulurdu. Ancaq bu il daha fərqli oyun sərgiləyirik. Açığı deyim, ötən il "İnter"in çempionluğu mənə "çatmırdı". "Xəzər Lənkəran"da oynadığım vaxtda demişəm, indi də deyirəm - mən "Neftçi" və "Xəzər Lənkəran"ın oyunlarını bəyənirəm və çempionatda bunların daha fərqli oynadıqlarını düşünürəm.

- Yəqin komandanın bu cür çıxışında Emil Mpenza və Bahodir Nasimov kimi futbolçuların da gəlişi müstəsna rol oynayıb...
- Əlbəttə. Onlarla yanaşı, yerli futbolçularında inmalı çıxışı, heyətin yenidən qurulması buna səbəb olub. "Neftçi"də bugünkü strategiya tamam fərqli qurulub. İndi komanda daha çox qələbəyə inamlı şıxış edir. Həmçinin, bu il komanda bir çox sindromu da qırıb.

- Rəşad, hamı bunu müzakirə edir. Səncə, milliyə çağrılmamağının səbəbi nədi?
- Bir futbolçu kimi bəzən inciyirəm bu qərardan, amma çox da toxunmur. Çıxıb komandada oyunumu oynayıram və mütəxəssislərin, mətbuatın fikirlərinə, rəylərinə baxıram. İnşallah, nə vaxt çağırsalar, onda da gedib oynayacam.

- Hazırda millinin ən böyük problemi cinahlardı. Sənin də cinahda oynadığını nəzərə alsaq, yəqin ki, millidə yerin görünür. Milliyə dəvət olunanları özündən güclü hesab edirsən, yoxsa sən zəifsən?

-  Yox, əstəğfürullah. Özümü heç kimdən zəif hesab etmirəm.

- Berti Foqts belə bir ifadə işlətmişdi ki, "Rəşad çempionatda oynayan sıravi futbolçulardan biridi"...
- Eşitmişdim bunu. Bu Foqtsun fikridi. Hər bir məşqçi kimi onun da özünəməxsus taktiki sxemi var və yəqin ki, mən də Foqtsun bu sxeminə uyğun gəlmirəm.

- Əgər qarşıdakı oyunlarda Berti Foqts səni yığmaya çağırarsa, imtina etməyəcəksən ki?
- Yox. Niyə imtima etdim ki? Milli hamınındı və orda oynamaq hər bir futbolçunun arzusudu. Özümə gəlincə, bilirəm ki, məni ora çağırsalar, əsas heyətdə oynamayacam. Sadəcə, "xala xətrin qalmasın" deyə çağıracaqlar. //sportal.az


oxunma sayı: 398 | Paylaş:




?>