')

Bu gün:


FutbolPress.Az | FAN-KLUBLAR NİYƏ YARADILIR? (YAZI)

FAN-KLUBLAR NİYƏ YARADILIR? (YAZI)


oxunma sayı: 1004 Paylaş:

Ölkə futbolun inkişafına təsir göstərən ən böyük amil azarkeş qruplarının formalaşmasıdı. Futbolu inkişaf etmiş və ya etməkdə olan istənilən Avropa ölkəsində yaradılan fan-klublar komandaların uğurunda bilavasitə rol oynayır. Bəs Azərbaycanda necə? Son zamanlar yaradılan fan-klubların komandalara dəstəyi nə olub? Və ya onları yaratmaqda əsas məqsəd nədi?

Hazırda Premyer Liqada çıxış edən komandaların əksəriyyətinin müstəqil fan-klubu fəaliyyət göstərir və onlara alternativ olaraq başqa azarkeş qrupları da yaradılıb. Təbii ki, yaradılan fanat qruplarının məqsədləri bir nöqtədə birləşir - klublarının uğurlarına şahidlik etmək. Etiraf edək ki, Azərbaycanda yaradılan fan-klubların əksəriyyəti bəzi klub rəsmiləri tərəfindən sıxışdırılır.
Əvvəlcə, Bakını təmsil edən komandaların fan-klubları haqda.

Azərbaycanın ən köklü qruplarından biri "UltrAslan Azərbaycan" cari mövsümün əvvəlindən "Neftçi"yə olan heyranlığını yaradıqları "UltraNeftçi" ilə sübut etdilər. Təbii ki, yaradılan bu fan-klub komandanın azarkeş kütləsinə də öz təsirini göstərdi. "Flaqman" ilə ayrılıqda komandalarını dəstəkləyən "UltraNeftçi"nin sektor dəyişməyi də qaranlıq olaraq qaldı. Halbuki, dünya praktikasında azarkeş kütləsi mövsümü hansı sektorda başlayarsa, elə həmin sektorda da başa vurmalıdı. Etiraf edək ki, sektorun dəyişilməsi yenə də azarkeşlərin axınına öz təsirini göstərmədi. Təbii ki, burda fan-klubu yox, klub rəsmilərini günahlandırmaq lazımdı.

Azarkeş kütləsinə görə azlıq təşkil edən "İnter" və AZAL rəsmilərinin də ciddi işlər gördüyünü demək olmaz. Əgər belə olsaydı, o zaman "Şəfa"da keçirilən oyunlarda 5 minə yaxın fanat gələrdi. Bu siyahıya "Qarabağ"ın "İmarət" və "Bakı"nın da fan-klubunu da əlavə etmək olar. MOİK-dən isə heç danışmağa dəyməz.

Bu baxımdan əyalət təmsilçiləri paytaxt klublarını xeyli qabaqlayırlar. Xüsusilə, Qərbi təmsil edən "Gəncə" və "Turan"ın azarkeşlərinin üstünlük təşkil etməsi nəzərdən yayınmır. Gəncəlilərin artıq "Xəmsə" və "Kəpəz" fan-klubları komandalarının çıxışların ilk mövsümdəcə rekorda imza atmaqla qeyd ediblər. "Xəzər Lənkəran"ı dəstəkləyən "Fırtına", "12-ci oyunçu" və "Bosman" isə komandalarını tək buraxmırlar. Ümumiyyətlə, Cənub azarkeşləri ölkə futboluna fərqli fanat mədəniyyəti və kretaivlik gətirdilər. Onlar son 5-6 ilin lider fanatlarıdı. Yalnız bayaq qeyd etdiyimiz kimi, "Gəncə" və "Turtan"ın buna təkan verdiyini vurğulamaq olar. Cari mövsümün statistikasına nəzər yetirdikdə, əyalət təmsilçilərinin üstünlük təşkil etdiyinin şahidi olarıq.

Niyə Bakını təmsil edən klublar azarkeş kütləsinə sahib deyil? Sadəcə olaraq, paytaxt klubları bir məqsəd uğrunda mübarizə aparır - mövsümü uğurla başa vurmaq. Halbuki, bunun yanında futbolun inkişafı üçün azarkeşləri də unutmaq lazım deyil.
Hazırda Avropda ən çox önəm verilən sahə futboldu və futbolun kütləviləşməsi üçün klubların qarşısına məqsəd qoyulur. Hər bir klubun rəsmi fan-klubu fəaliyyət göstərməlidi və onlara müəyyən miqdarda yardım edilməlidi. Üstəlik, bəzi ölkələrdə fan-klublar federasiya tərəfindən mövsümün sonunda mükafatlandırılır. Bu da onların mövsüm ərzində fəaliyyətlərindən asılıdı. Onlara verilən vəsaitə gəlincə. Hər fan-klubun minimum 7-8 amiqosu olur və bu amiqolar eyni zamanda klubun da rəsmi işçiləridi. Onlar istənilən an dəstəklədikləri komandanın rəhbərliyini istefaya səsləyə və istənilən futbolçuya öz etirazlarını bildirə bilərlər. Bu məsələnin isə Azərbaycana heç dəxli yoxdu. Çünki bizdə fan-klublara bu "hüquq" verilməyib. Niyəsinə gəlincə, Azərbaycanda komandaları dəstəkləyələrin orta yaş həddi 16-25 arası dəyişir və klub rəsmiləri də bu yaşda olanları elə də ciddiyə almırlar. Bundan başqa "sifarişli" və müstəqil fan-fklublar bir-birinə qarışıb. Sanki aralarında rəqabət var - dəstəklədikləri klub rəhbərindən daha çox pul əldə etmək. Qeyri-ciddi imic formalaşır və onların hansısa oyunda etiraz şüarları sadəcə, şüar olaraq qalır.
Avropada isə fanatların yaş həddi 25-dən başlayır. Onlara ayrılan vəsait birbaşa fan-klub rəhbərlərinə yox, klub tərəfindən yaradılan bank hesabına köçürülür. Maraqlısı odu ki, bəzi məqamlarda klub mövsümün sonunda fəal azakeşlərinə abunə bileti də hədiyyə verir.
Avropada yaradılan müstəqil fan-klublara gəlincə. Onlara klub tərəfindən müəyyənləşdirilmiş sektor verilir və illik olaraq biletləri rəhbərlərə satılır. Ancaq həmin klub Avropada çıxış edərsə, o zaman azarkeşlərin xərclərini komanda ödəyir.
Müqayisədə Avropada yaradılan fan-klubların məqsədi məlum oldu. Bəs Azərbaycanda bu nə məqsədlə yaradılır? Və ya klub yaratdığı rəsmi fan-klubla nə demək istəyir? Hələ bunun üçün ayrılan pullardan demirik...


oxunma sayı: 1004 | Paylaş:




?>