')

Bu gün:


FutbolPress.Az | XAQANİ MƏMMƏDOV GÜLAĞA CABBAROVLA "TOQQUŞDU"

XAQANİ MƏMMƏDOV GÜLAĞA CABBAROVLA "TOQQUŞDU"


oxunma sayı: 378 Paylaş:

Orucəli Durmuşovun doğru qərarı və HK sədrinin təşvişi

XIV turun AZAL - "Qarabağ" matçında Adamiyanın Kverteliyaya qarşı etdiyi aşkar kobudluğu rəqib oyunçunun simulyasiyası kimi qeydə almaqla yanlışlığa yol verən Elçin Məmmədov həmin oyunun hakim-inspektoru Orucəli Durmuşovdan aşağı qiymət - 7.5 bal alıb. Durmuşov bu qərarıyla Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun hərəkətə keçməsinə səbəb olub.

HK sədri onu mətbuatda və ictimaiyyət arasında mümkün bütün vasitələrlə müdafiyə etməyə çalışan referinin balının dəyişməyə cəhdi edib. Belədə o, Hakim-İnpektorlar Komitəsinin sədri Gülağa Cabbarovun təpkisiylə üzləşib.

Xaqani Məmmədov Durmuşovun referiyə 8.1 bal verə biləcəyini deyib, Cabbarov isə Durmuşovun haqlı qərar verdiyini, Elçin Məmmədovun aşağı bala layiq olduğunu bildirib, aralarında mübahisə yaranıb. Məmmədovla Cabbarov arasında soyuq olan münasibətlər bir az da gərginləşib.

Referinin müdafiəsi üçün hakimbaşının bu canfəşanlığı anlaşılandı. Çünki referi Məmmədov ötən mövsüm ən yüksək reytinq toplamışdı. Bu mövsüm də Elçin Məmmədova aşağı bal yazılmamışdı. Bu, Xaqani Məmmədovun öz əlaltısının qondarma nüfuzuna dəstəyi kimi anlaşılır və proseslərin davamı bütün nüansları aydınlaşdırır.

Durmuşova təzyiqlərin olacağı danılmazdı. HK sədri bu dəfə Cabbarova söz çatdıra bilməsə də, bu qovğanın davamı da var...


oxunma sayı: 378 | Paylaş:




?>