TBİLİSİ "DİNAMO"SUNUN SATIŞA ÇIXARILMASININ SƏBƏBİ NƏDİ?
Paylaş:
Tbilisi "Dinamo"su maliyyə sıxıntıları səbəbindən satışa çıxarılırb. Məşhur gürcü işadamı Badri Patarkasişvilinin vəfatından sonra klubu saxlamaqda çətinlik çəkən ailəsi bu qərarı verib. Klub rəmzi qiymətə satılacaq. Patarkasişvilinin vəfatından sonra ailəsi üç il müddətinə klubu maliyyə ilə təmin edə bilib. Son vaxtlar ailənin bank hesabları dondurulduğundan problemlə üzləşiblər. Ailənin bu gün yaydığı xüsusi bəyanatda aydınlıq gətiriblər: "Klubun çətin vəziyyətinə görə məsuliyyəti anladıq və bacarmayacağımıza görə bu addımı atmalı olduq. Buna görə klub tərəfdarlarından üzr istəyirik. İnanırıq ki, bu addımımız klubun xeyrinə işləyəcək»
| Paylaş: