')

Bu gün:


FutbolPress.Az | ƏMRAH ÇƏLİKƏLİN MİNNƏTİ...

ƏMRAH ÇƏLİKƏLİN MİNNƏTİ...


oxunma sayı: 641 Paylaş:

"Bu işi bizdən daha yaxşı edə bilən varsa..."

Son iki turda bir qələbə və bir məğlubiyyəti olan "Qarabağ" dünən AZAL-la oyunda da meydanı başıaşağı tərk elədi. 0:2 hesabı ilə məğlub olan Ağdam təmsilçisinin azarkeşləri matçdan sonra istefa şüarları səsləndirdilər. Azərsun holdinqi istefaya səsləyən tərəfdarlar rəhbərliyə etirazlarını qəribə formada bildirdilər. Arxalarını meydançaya tərəf çevirən fanat ordusu futbolçuları və rəhbərliyi alqışlamağa başladı. "Qarabağ" rəhbərliyinin buna nə reaksiya verəcəyi maraqla gözlənilirdi. Biz də klub rəsmilərinin fikirlərini öyrənmək məqsədilə Əmrah Çəlikəllə danışdıq. İcraçı direktorun məsələyə münasibəti isə belə oldu: "Azarkeşlər oyundan narazı qalıblar. Ona görə də rəhbərliyi istefaya səsləyiblər. Bu çox gülməli haldı. Soruşmaq istəyirəm, bəs "Qarabağ" Avroliqada mərhələ adlayanda niyə bu cür hərəkətlər etmirdilər? Biz "Qarabağ"ı yaşatmağa çalışırıq. Bu işi bizdən daha yaxşı edə bilən varsa, buyursun gəlsin. Onu tanımaq istərdik". Dünənki oyunda diqqət çəkən məqamlardan biri də Rauf Əliyevin son dəqiqələrdə zədələnməsi oldu. Düzdü, futbolçu oyunu sonadək davam etdirə bildi. Ancaq forvard meydanda çətinliklə hərəkət edirdi. Futbolçu bu gün həkim müayinəsindən keçəcək. Yalnız bundan sonra onun zədəsinin nə dərəcədə ciddi olduğu müəyyənləşəcək. Bu barədə məlumatı da bizə Əmrah Çəlikəl verdi.


oxunma sayı: 641 | Paylaş:




?>