')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN" ADDIM-ADDIM YAXINLAŞIR

"XƏZƏR LƏNKƏRAN" ADDIM-ADDIM YAXINLAŞIR


oxunma sayı: 421 Paylaş:

"Qəbələ" "Neftçi"ni şoka saldı

Bu gün keçirilən daha üç oyunla Premyer Liqanın XIV turu başa çatıb. Çempionluq uğrunda mübarizə aparan "Xəzər Lənkəran" doğma meydanda azarkeşlərə qələbə bəxş etsə də, lider "Neftçi" bacarmadı. Toni Adamsın başçılıq etdiyi "Qəbələ" "Ağ-qaralar"ı iki xaldan məhrum etməyi bacardı.
Bu, Cənub təmsilçisinin liderin bir xal yaxınlığına qədər gəlib çatması deməkdi. Mirça Rednikin komandası da bu mövsüm sabit traektroiya cızmadığından qarşıdakı turlarda "Neftçi"ni taxtdan devirəcəyi hələ ehtimal kimi görünür.
Günün ən maraqlı qarşılaşması "Şəfa"da - ev sahibi AZAL-la "Qarabağ" qarasında olub. Son iki turda məğlub olan Ağdam təmsilçisi bu dəfə də xalsız qaldı. "Təyyarəçilər" oyunboyu üstünlüyü davam etdirib daha iki real qol vəziyyəti yarada biliblər. Son oyunlar Qurban Qurbanov və klub rəhbərliyi üçün həyəcan siqnalına səbəb sayıla bilər.

Premyer Liqa
XIV tur
21 noyabr

"Neftçi" - "Qəbələ" - 0:0
Baş hakim: Fariz Yusifov,

"Xəzər Lənkəran" - "Muğan" - 2:0
Qol:
Alim Qurbanov, 30. Alim Qurbanov, 68
Baş hakim: Rövşən Əhmədov, Elman Musayev, Coşqun Həsənov, Teymur Fərhadov

AZAL - "Qarabağ" - 2:0
Qol:
Zoheyr Benahi, 73. Zohair Benouahi, 85
Baş hakim: Elçin Məmmədov

20 noyabr

"İnter" - "Turan" - 3:0

"Simurq" - "Gəncə" - 0:0

MOİK - "Bakı" - 0:4


oxunma sayı: 421 | Paylaş:




?>