')

Bu gün:


FutbolPress.Az | Mayalanma...

Mayalanma...


oxunma sayı: 1211 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

Milli komandamız Çernoqoriyaya məğlub olub. Hamının əhvalı təlxdi. Berti Foqts "Xırdalan" pivəsindən bezib, başını götürüb, gedib vətəninə, "Bavariya" içməyə. Rövnəq Abdullayevin qazı, nefti donub, durbadan keçmir, Elxan Məmmədov kədər içində boğulur, Ramin Musayev isə PFL-i UniBank-a əmanət edib, yollanıb Borçalı elinə, aşıq Zülfiyyəyə qulaq asmağa ki, bəlkə özünə gələ.
Lənət olsun, Çernoqoriyaya... Adına bax bir, özü kimi qaradı elə...

Deyirlər, oyundan bir gün sonra Musayevlə Məmmədov - biri altdan yuxarı, biri isə üstdən aşağı hərəkət eləyərkən, AFFA-nın pilləkənlərində rastlaşıblar. Hər ikisinin içində (daxilində) bir aləm sual - dilə gəlib, söyləniblər:

Elxan Məmmədov deyib: Ayə, qonşu, hanjar olujax bu zaddarın sonu?
Ramin Musayev: Ya dumayu... Oçen i oçen dumayu... Fikir öldürdü məni, bezdim e, uje...
Məmmədov: Ə, mağıl, "niçya" olaydı da na... Böyün-savax, camahat uje qapının ağzını kəsdirəjək eyh, onsuz jurnalistlər də yığıfdı boğaza, nə deyəjik millətə?
Musayev: Elxançik, ne volnuysa! Naydem vıxod! Tapmaq lazımdı çarəsi...
Məmmədov: Sən iruscax pis dölsən aa..
Musayev: Beynəlxalqlaşmaq lazımdır, Mamedik. Futbolumuzun səviyyəsi geridə qalıb. Ordan Melik çuvaka salam deyərsən, xexexe...
(Musayev daha yaxşı rusdillidi, eləmi?)

Bu söhbəti kənardan müşahidə edən Böyükağa Haciyev başını bulayır, boynunu xartıldadır, barmaqlarını xırçıldadır, halı çox pisdi, dərin fikrə dalıb... "Böyük məşqçi" bu iki nəfərlə gələcəyin çürük olduğunu elə bu söhbətdən anlayır. İdman mətbuatında hər gün artan kişi qoxulu zənən xeylaxlarının köşələrinə and içib, sakitcə çıxır AFFA-dan. Böyükağa müəllim çox hikkəlidi, o harasa gedir...

Azərbaycanın ac-müstəqil idman yazarları da bir yandan; cihada başlayıblar: Çernoqoriya məğlubiyyəti şərəfimizi yerə soxub, ləyaqətimizi göyə tullayıb, özümüzə heç nə qalmayıb... Ax bu, Çernoqoriya! Yenicə Türkiyəni udub, sakitləşmişdik. Niyə ac-müstəqilləri inqilaba məcbur edirsən?!

...Vaqif Sadıqov məğlubiyyətin səhəri günü, kafelərin birində dərddən-qübardan qatlanmış vəziyyətdə oturub. Stolunda bir bokal çaxır - "obed"də Şəki pitisi nuş eləmək planı var. Amma hanı, piti xirtdəyindən enirmi... zəhər olub, qalıb qabağında. Yox! Sadıqov işi belə qoymur, "şotu" verib, pitiyə gözünün ucuyla da baxmadan çaxırı çəkir başına və ağır addımlarla çıxır bayıra. Oyana-buyana, görür, Böyükağa müəllim deyinə-deyinə harasa gedir.

Hamını bir sual maraqlındırır: Azərbaycan futbolunun gələcəyi nə olacaq? (Sualın şiti çıxıb)

Bütün ölkə Sadıqovdan və Haciyevdən çıxış yolu gözləyir. Gələcək, özü gəlməyəcək...
Nə başınızı ağradım, Sadıqov "böyük məşqçi"ni götürüb bayaqkı kafeyə gedirlər. Çaxır...
Mən baxan yara, gör kimlər baxır,
Ay bico-bico, can bico-bico...

- Ə, Voqif, ə, sən mahnı pıkkıldadırsan?! Ə, sən heç bilirsən hamı bizi gözləyir? Bə biz bu ölkənin futbolunun gələcəyinin...
- Həciyev, saxla! Hanı Ağasəlim? Hanı cın...
- Ə, nəfəs al! Ağasəlim nədi axı, dəymə, zaman bizə etibar eliyib da! Sən bu teoriyanı eşidibsən: vremya ne leçit... yəni ki, vaxt... Ə, vapşe diyane e! Oba!!! Tapdım! Gedək Cəm Yılmazın yanına, qardaşdı, qardaş. Bir az gülək...

Ala! Böyükağa müəllim çarəni tapdı. Gülməyə gedir...
Amma yox. Siz Böyükağanın böyük-böyük düşünməyinə gülməyin. Mən sizə deyim bu Cem Yılmaz kimdi. Cem Yılmaz Türkiyədə ən böyük tamaşaçı auditoriyası olan aktyordu. Stand-up`larıyla hər yerdə məşhurdu. İtoyanadandı, bir sözlə... Bizim Böyükağa müəllim də Cəm qardaşının yanına gedib:

- Ə, Cəm, gör nə derəm, sən hırıldamaxdan bezmədin bə niyə hı?
Cem Yılmaz Böyükağa müəllimi bu zarafatını qəbul eliyib, özünü də üstünə - qəbul eləyir, əyləşirlər üz-üzə. Xoş-beş-onbeş. Cem qardaşımız Böyükağa müəllimdən yeni uğurlarını soruşur, çoxdandı onunla maraqlanmadığı üçün dərin hüznlə kədərləndiyini izhar edir.
- Saol, Cəm, bəsdi boş-boş dınqıldadın. "Bakı"ynan 8 oyun dalbadal udub, çempion oğlan mən deyiləm elə bil ki. Sənin yanıva gəlişimizin məqsədi var.
- Buyur, abi. Ben seninle qurur duyuyorum. Bu abi kim?
- Ə, Vaqifdi da. Hihihi... Bağışda, bir az içmişiy. Türkiyə komandasına qol vurdux aaa.. uqlavoydan. O söhbətin proyektini bu adam eliyib da, Cəm. Hııı...
Cem Yılmaz təmkinin pozmadan Böyükağa müəllimi dinləyir, "bir millət, iki dövlət" kəlamını xəyalən xatırlayır.
Böyükağa müəllim axır söhbətin episentrini tapır:
- Ə, Cəm, sən bir espiri yapmışdın a, yadındadı? (Sualda məzələnmə metoduna baxın. Guya Böyükağa müəllim mırt tutub, gülmək istəyir, indi görün nə baş verir).
- Abi, seninle tanışdığımız güne kubik düşeydi, mazqimi xarab elədin, abi. Dur...
Böyükağa müəllimin Cəm abisi əsəbləşib onu ayaq üstə qaldırır və deyir:
- Sizin uqlavoyunuza qoxrjjjbdck03d2ces (Ə, mumla!) ...mənim "Sperm bankası" stand-up`ıma baxmısızmı: orda söhbət nədən gedir? Ər-arvad. Uşaqları olmur. Yəni, kardeşim, sizdə futbol olmur. Onlar gəlirlər sperm donorlarının saxlandığı yerə - "sperm bankına". "Sonsuz" kişi deyir ki, zəhmət olmasa, bizə sperm verin, övladımız olmur. Mümkünsə, sperm qatışıq olsun - elm adamı, mühəndis və s. hərəsindən bir az. Yəni, kardeşim, siz, futbolunuzun əmələ gəlməsi üçün sperm almalısız...
- Əəəə, bə hı da...
- Nə hı? (Vaqif Sadıqov - indi oyanır)
- Evet, Vaqif abi, dinledinmi?
- Lütfən, siz buyurun, davam edin, mən dinləyirəm, mütləq anlamıyla və dəyərləndirirəm.
Böyükağa müəllimdən evrika! O, nəhayət, söhbətin hansı espiridən getdiyini anlayır: Bizə elm adamı, mühəndis, müğənni spermi yox, futbolçu klasına aid sperm lazımdı.
Pah! İşlər düzəldi. "Böyük məşqçi" əllərini dal cibə salıb dərin fikrə gedir.
O, Azərbaycan futbolunun çarəsini bilir, Böyükağa müəllimi axtarın, onu tapın...o bilir..!

(Yazıdakı personajların dəqiqliyinə məsuliyyət daşımıram. Bu, iki filankəs jurnalistin boynuna. Mən bilmirəm kim nə cürdü?)

(Ardı olacaq)

Yazarın bütün yazıları

oxunma sayı: 1211 | Paylaş:




?>