')

Bu gün:


FutbolPress.Az | GÜCLÜLƏRİN ZƏİFLƏR ÜZƏRİNDƏ ZƏFƏRİ... (TURNİR CƏDVƏLİ)

GÜCLÜLƏRİN ZƏİFLƏR ÜZƏRİNDƏ ZƏFƏRİ... (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 248 Paylaş:

"Bakı" altılığa yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasının XIV turuna start verilib. Tur Zaqatalada "Simurq" - "Gəncə" oyunuyla başlayıb. Yerli komanda təcrübəlilərdən ibarət rəqibinə müqaviməti sona qədər saxlaya bilib və bir xal qazanıb. Fuad İsmayılovun komandası üç tur əvvələ qədər hamını təəccübləndirməkdə idisə, artıq eniş dövrü başlayıb. Ya da komandadxili ab-hava yerində deyil. Çünki doğma meydanda keçirilən bütün oyunlarda gəncəli azarkeşlər İsmayılovu istefaya çağırır. Bu, komandanın ümumi aurasına mənfi təsirini göstərməyə bilməz. Ən azı, əsasən gənclərdən təkil olunan "Simurq"dan xal qazanmaq olardı - əgər "Gəncə" "Xəzər Lənkəran"ı 4:0 hesabıyla yenən komandadısa...
MOİK-in autsayderlər sırasında olduğu və olacağı aydınlaşmaqdadı. Ona görə də "Bakı"nın üç xal qazanacağı ehtimalı yüksək idi. Ancaq ordu komandasının son tur AZAL-ı büdərtməsi, Şaferin yetirmələrinin isə sabit oynamaması müəyyən qədər ehtiyatlı davranmağa səbəb ola bilərdi.
Qarşılaşmanın nəticəsi isə paytaxtın adaş komandasının özünü "tapdığı" anlamına gəlir. Çünki son üç turda maksimum nəticə rəylərə müsbət mənada təsir edə bilər. Bu qələbə həm də "Bakı"nı ilk altılığa yüksəltdi.
İlk oyun günün son qarşılaşması "Şəfa"da keçirildi. "İnter" səfərdə həmişə çətinlik çəkdiyi rəqiblə - "Turan"la qarşılaşırdı. Revaz Dzodzuaşvilinin baş məşqçi təyinatından sonra nəticələrdə müsbət dəyişiklik komandaya inamı artırmışdı. Buna baxmayaraq, "bankirlər" bölgə təmsilçisinin bütün komponentlərdə üstələdi və rahat üç qol vurdu.
Sabah daha üç qarşılaşma keçiriləcək. Turun stenoqramı aşağıdakı kimidi:

Premyer Liqa
XIV tur
20 noyabr

"İnter" - "Turan" - 3:0
Qollar:
David Odikadze,1 (1:0), Mario Santana, 50 (2:0), Robertas Poşkus, 87 (3:0)
Baş hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Xaqani Məmmədov

"Simurq" - "Gəncə" - 0:0
Baş hakim:
Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Mikayıl Rəhimov, 81 // Azər Məmmədov, 90

MOİK - "Bakı" - 0:4
Qollar:
Ernad Skuliç, 56; 81; Joel Epalle, 88; Saşa Kaykut, 90+2
Baş hakim: Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Vüqar Əsgərov, 45+2; Anar Qasımov, 52; Ramil Əliyev, 80 // Əziz Quliyev, 45+1; 86
Qırmızı vərəqə: Əziz Quliyev, 86

21 noyabr

14:00. AZAL - "Qarabağ"
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Yaşar Abbasov, Alik Yunusov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Orucəli Durmuşov
"Şəfa" stadionu.

16:00. "Neftçi" - "Qəbələ"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, İlham Əliyev, Vüsal Əliyev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Asif Namazov
T.Bəhramov adına Respublika stadionu.

  Komanda O Q H M Qollar Xallar
1 "Neftçi" 13 9 3 1 29-7 30
2 "Xəzər Lənkəran" 13 8 3 2 14-6 27
3 "İnter" 14 8 3 3 13-9 27
4 AZAL 13 7 4 2 18-7 25
5 "Qarabağ" 13 6 3 4 15-9 21
6 "Bakı" 14 6 3 5 21-16 21
7 "Qəbələ" 13 5 4 4 9-7 19
8 "Gəncə" 14 3 7 4 19-20 16
9 "Turan" 14 2 5 7 11-21 11
10 "Muğan" 13 2 5 6 6-14 11
11 "Simurq" 14 1 4 9 9-21 7
12 MOİK 14 1 2 11 5-32 5


oxunma sayı: 248 | Paylaş:




?>