M.Y. VAN DER SARA ƏVƏZ TAPDI
Paylaş:
Uzun müddətdi "Mançester Yunayted"in qapısını qoruyan Edvin Van Der Sar mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayandan sonra "mankunyanlar" qapıçı axtarışlarını sürətləndirdi. "The Guardian"ın xəbərinə görə, komandanın baş məşqçisi Aleks Ferqyussonun göstərişiylə danimarkalı qapıçıyla danışıqlar başlanıb; artıq nəticə də var. "Aalesund"un 26 yaşlı qolkiperi Anders Lindeqaardın meneceriylə danışıqların nəticəsində 3.5 milyon avroya razılıq əldə olunub. Anders yanvardan M.Y.-nin düşərgəsində olacaq. Yəqin ki, Ferqyusson son illərin əvəzolunmazı, Van Der Sarın əvəzinə Andersi hazırlayır. Çünki qəzetin yazdığına görə bundan başqa De Heya və Buffonla da danışıqlar gedir.
| Paylaş: