')

Bu gün:


FutbolPress.Az | "BAKI"DAKI İSTEFA MƏSƏLƏSİNƏ AYDINLIQ GƏLDİ!

"BAKI"DAKI İSTEFA MƏSƏLƏSİNƏ AYDINLIQ GƏLDİ!


oxunma sayı: 507 Paylaş:

Yaşar Seyidov: Hafiz müəllim qərarını verib...

Yayda Çernoqoriyanın "Buduçnost" klubunu Avropa Liqasının təsnifat mərhələsində hər iki oyunda məğlub etsə də, məlum texniki yanlışlıq səbəbindən mərhələ keçə bilməyən "Bakı"da vəziyyət gərginləşmişdi. Klubun prezidenti Hafiz Məmmədov radikal qərar verdi...

Klubun idarə heyəti istefa verməliyid. Məlumdu, istefa ərizələri də təqdim olundu. Ancaq sentyabr ayında Hafiz bəyin bu ərizələrə rəsmi münasibət bildirəcəyi gözlənilsə də, bu hələ də baş vermirdi. Məsələyə bir də qayıtmağa ehtiyac var idi.

Klubun icraçı direktoru Yaşar Seyidovdan son durumu öyrəndik. O, belə dedi: "Bizim ərizələri təqdim etdiyimizi bilirsiz. Yəni Hafiz müəllim istefamızı tələb etmişdi, biz də istefa ərizələrini təqdim etdmişdik. Lakin sonradan göründü ki, biz klub üçün faydalıyıq. İşlər yoluna düşdü. Ona görə də Hafiz müəllim istefa qərarını ləğv elədi. Yəni istefa ərizələrimizi qəbul etmədi".

Eyni sualla klubun vitse-prezidenti Zeynal Məmmədova da müraciət etdik: "Gəlin konkret danışmayaq, gözləyək Hafiz müəllim xaricdən gəlsin, özü açıqlasın. Mən də bilirəm ki, bizim burdan getməyimizi istəmir, çünki işimizi layiqincə görürük. Ancaq onun qərarını rəsmən açıqlamasını gözləyirik".


oxunma sayı: 507 | Paylaş:




?>