')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ" HARDA HAZIRLAŞACAQ?

"NEFTÇİ" HARDA HAZIRLAŞACAQ?


oxunma sayı: 424 Paylaş:

"Neftçi"nin ölkə çempionatının 2010/11 mövsümünün qış fasiləsi üçün hazırlıq planı müəyyənləşib. Klubun rəsmi saytının verdiyi məlumata görə, komanda üzvləri gələn ilin oyunlarına 3 mərhələdə hazırlaşacaqlar.

Futbolçular əvvəlcə yanvarın 7-8-də Bakıda tibbi baxışdan keçəcəklər, yanvarın 10-da ölkə xaricinə yollanacaqlar. Türkiyənin Antalya şəhərində keçiriləcək ilk mərhələ ayın 20-də yekunlaşacaq. İkinci mərhələ isə 24 yanvar - 4 fevral aralığında yenidən Antalyada baş tutacaq. Futbolçular baş məşqçi Arif Əsədovun rəhbərliyi altında hazırlıq tapşırıqlarını yerinə yetirməklə yanaşı, bir neçə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar. Hazırlığın sonuncu mərhələsi isə Bakıda keçiriləcək.


oxunma sayı: 424 | Paylaş:




?>