')

Bu gün:


FutbolPress.Az | "TURAN"IN BƏYANATI

"TURAN"IN BƏYANATI


oxunma sayı: 184 Paylaş:

"Turan" rəhbərliyi bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:

"Son günlər "İnter" - "Turan" oyunu ətrafında süni ajiotaj yaradılıb. Mətbu orqanlarda guya "Turan" rəhbərliyinin "İnter"ə yuxarıdan aşağı baxdığı, gücünü qiymətləndirmədiyi barədə xəbərlər yayılıb. Biz "Turan" Peşəkar Futbol Klubu olaraq bütün bu informasiyaların əsassız olduğunu, turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, bütün rəqiblərə hörmətlə yanaşdığımızı bildiririk. "İnter" son ölkə çempionudu və bu il də eyni titula iddialıdı. Məqsədimiz belə güclü rəqibə qarşı bütün gücümüzü ortaya qoyub, yaxşı nəticə əldə etməkdi. Bütün oyunlarda olduğu kimi "İnter"lə matça da səylə hazırlaşacağıq".


oxunma sayı: 184 | Paylaş:




?>