AFFA-DAN MOİK-Ə AĞIR CƏZA
Paylaş:
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Premyer Liqanın XIII turunun oyunları zamanı baş verən qanun pozuntularına hüquqi qiymət verilib.
Komitə MOİK-in qapıçısı Amiran Qventsadzeni AZAL-la oyunun 60-cı dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 4 oyunluq cəzalandırıb, ordu klubunu 4000 manat cərimə edib.
"Muğan" və "Neftçi" isə 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.
| Paylaş: