')

Bu gün:


FutbolPress.Az | Parodiya (Şeir)

Parodiya (Şeir)


oxunma sayı: 1609 Paylaş:

FutbolPress
qismet1986@gmail.com

El bilir ki, sən bir "qaz"san,
Guya heç vaxt uduzmazsan,
Nə baxırsan, guya sazsan?
Sən hara, de, Xəzər hara,
Rasim Kara, Rasim Kara?

Alt paltarın bəyaz qardır,
Maykan bəyaz buludlardır,
Böyük bir sərvətin vardır,
Nələr çəkib başın sənin,
Villa sənin, maşın sənin.

Pul xərclədin transferə,
Soxdun boynumuzu yerə,
Futbolu at, get al-verə...
Arendaya budka götür,
Mübarizdən lodka götür.

Mindin uğursuz fillərə,
Düşdün uğursuz dillərə,
Bu futbolçu-səfillərə
Heç nə demə, Rasim Kara,
Tüfəng götür get şikara.

Biz bir uşaq, sən bir ana,
Gəl deyək sənnən meyxana,
Pas ötürün bu Qurbana;
Yoxsa ki o ac qalacaq,
Off-saydda qocalacaq.

Lənkəranda limon sarı,
Xəzərin sarı kartları...
Bizim futbol fanatları,
"Fanta" içir, tum çıtlayır
Başqa ölkələr partdayır...

Pası verin Subasiçə,
Rəqiblər keçə-keçə,
Pivə-araq içə-içə,
Qarnı olub yekə qazan
Stavkaya pul qoy, qazan.

Min Bakıda marşruta,
Şot açdırıb, pul qoy şota,
Proqnozun tuta-tuta,
"Kola", "Fanta", "Pepsi" də al,
Yığmamıza butsi də al

"Futbol-Press" qəzeti. 02.05.2008

Yazarın bütün yazıları

oxunma sayı: 1609 | Paylaş:




?>