')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ" PFL-Ə ŞİKAYƏT EDƏCƏK

"NEFTÇİ" PFL-Ə ŞİKAYƏT EDƏCƏK


oxunma sayı: 377 Paylaş:

Tahir Süleymanov: Flavinyonun ayağı ən azı bir ay gipsdə qalacaq

Dünən keçirilən XIII tur qarşılaşmasında "Muğan"a qalib gələn "Neftçi" əsas oyunçularından birini itirib. Yarımmüdafiəçi Flavinyo dizindən ağır zədə alıb. Ayağı qırlıb: "Flavinyo oyunun gedişində təcili yardım maşını ilə xəstəxanaya aparıldı və analizlər nəticəsində məlum oldu ki, ayağı qırılıb. Həkimlərin ilkin diaqnozuna görə Flavinyonun ayağı ən azı bir ay gipsdə qalacaq. Onun nə vaxt geri dönəcəyi də ən az bir aydan sonra məlum olacaq" - deyə "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov futbolçunun vəziyyəti haqda məlumat verib.

Süleymanov hakimin Flavinyonu zədələyən "Muğan"ın oyunçusu Novruz Məmmədovu meydandan qovmamasından narazı qalıb: "Muğan"la ilk oyunda da Flavinyonu vurmuşdular. Sadəcə, həmin vaxt bəxti gətirdi ki, bu vəziyyətə düşmədi. Həmin oyundan sonra "Neftçi" klubu olaraq Peşəkar Futbol Liqasına müraciət etdik. FİFA-nın tövsiyyəsi var ki, hakimlər texnikalı, ustalıq səviyyəsi yüksək olan futbolçuları qorumalıdı. "Muğan"la oyunda Flavinyoya qarşı qəddarlıq oldu. Amma çox təəssüf ki, hakim həmin oyunçuya qırmızı vərəqə də göstərmədi. Yalnız sarı vərəqə ilə kifayətləndi".

Tahir bəy yenidən PFL-ə müraciət edəcəklərini bildirib: "Səviyyəlli legionerlərin gəlişi Premyer Liqaya əlavə rəng qatır. Bu mövsüm "Neftçi"nin legionerlərinin sərgilədiyi oyun ortadadı. Bütün futbol ictimaiyyətinə, klublara, futbolçulara, məşqçilərə "Neftçi"nin rəsmisi kimi yox, bir futbol adamı kimi müraciət edirəm ki, meydanda ehtiyatlı olsunlar, "Fair-Play" qaydalarına əməl etsinlər. Kobudluq edən hər bir futbolçu dərk etməlidi ki, bu onun da başına gələ bilər. Hamı anlamalıdı ki, futbolçunun çörəyi meydandan çıxır. Onlar bir-birinə qarşı qəddarlıq etməməlidi. Bir daha PFL-ə müraciət edəcəyik. Tövsiyyəmiz o olacaq ki, bütün klublara bununla bağlı xəbərdarlıq edilsin. Belə qəddarlıq halları Azərbaycana səviyyəli futbolçuların gəlişinin də qarşısını ala bilər. Səviyyəli futbolçu səviyyəli futbolçuya qarşı bu addımı atmaz".


oxunma sayı: 377 | Paylaş:




?>