"NEFTÇİ" LİDERLİYİ QORUDU, "BAKI" TURA DAMĞASINI VURDU (TURNİR CƏDVƏLİ)
Paylaş:
Premyer Liqanın XIII turu bu gün keçirilən oyunlarla başa çatdı. Dünən - ilk oyun günündə iki autsayder MOİK AZAL-l heç-heçə etməklə, "Turan" isə "Gəncə"ni məğlub etməklə sensasiya etmişdilər. Bugünkü qarşılaşmalarda isə nəzərləri cəlb edəcək nəticələr olmadı. "İnter"in doğma meydanda "Qəbələ"yə xal verməyəcəyi proqnozlaşdırılan olsa da, bölgə təmsilçisi bir xal ala bildi. "Bakı"nın "Qarabağ"a qalib gəlməsində isə fövqəladə bir nüans axtarmağa dəyməz. Çünki Vinfred Şafer kimi mütəxəssisin Azərbaycan futboluna adaptasiyası vaxt istəyirdi... Artıq son iki turun nəticələri göstərir ki, paytaxtın adaş komandası özünü toparlayıb. Qurban Qurbanovun komandası yeni mövsümə, əsas fiqurlardan Rəşad Sadıqov və Əfran İsmayılovun yoxluğunda başlamışdı və bu, öz təsirini göstərəcəkdi... "Bakı"nın isə özünü tapmağıdısa; onda bu, yaxşı xəbərdi. Premyer Liqa "İnter" - "Qəbələ" - 0:0 "Bakı" - "Qarabağ" - 2:0 "Xəzər Lənkəran" - "Simurq" - 1:0 "Muğan" - "Neftçi" - 0:3 12 noyabr "Turan" - "Gəncə" - 2:1 MOİK - AZAL - 1:1
"Xəzər Lənkəran"ın doğma meydanda zəifləmiş "Simurq"a cəmi bir qol vurması əndişələndiricidi. Zaqatala təmsilçisi güclü vaxtlarında Lənkərandakı və doğma meydandakı qarşılaşmalarda rəqibini qəlibə salmağı bacarardı, ancaq bu, həmin "Simurq"un tör-töküntüləridisə, Rednikin cəmi bir qolla qalib gələn komandasına deyəcək sözləri olmalıdı. Çempionluğa oynayan komandanın belə qarşılaşmalarda ehtiyatlı oynayıb nəticəyə hesablanan mövqe tutması bəyənilərmi; çətin sualdı...
XIII tur
13 noyabr
Baş hakim: Elçin Məmmədov
Baş hakim: Fariz Yusifov
Qollar: Stefan Borbikoni, 17; Leonardo Roşa, 90+3
Baş hakim: Ramil Diniyev
Qol: Alim Qurbanov, 72
Baş hakim: Anar Salmanov
Qollar: Bahadır Nəsimov, 29; 80; Rəşad Abdullayev, 90+2
Baş hakim: Vüsal Əliyev
Qollar: Fərmayıl Əliyev, 62; Muammer Erdoğdu, 69 // Junivan Suares, 36
Baş hakim: Elvin Əsgərov
Qollar: Nuran Qurbanov, 47 (p.) // Pius İkedia, 27
Komanda
O
Q
H
M
Qollar
Xallar
1
"Neftçi"
13
9
3
1
29-7
30
2
"Xəzər Lənkəran"
13
8
3
2
14-6
27
3
AZAL
13
7
4
2
18-7
25
4
"İnter"
13
7
3
3
10-9
24
5
"Qarabağ"
13
6
3
4
15-9
21
6
"Qəbələ"
13
5
4
4
9-7
19
7
"Bakı"
13
5
3
5
17-16
18
8
"Gəncə"
13
3
6
4
19-20
15
9
"Turan"
13
2
5
6
11-18
11
10
"Muğan"
13
2
5
6
6-14
11
11
"Simurq"
13
1
3
9
9-21
6
12
MOİK
13
1
2
10
5-28
5
| Paylaş: