')

Bu gün:


FutbolPress.Az | NAPOLİ... MARADONA. REİNKARNASİYA...

NAPOLİ... MARADONA. REİNKARNASİYA...


oxunma sayı: 265 Paylaş:

...Ən azı, onu Cənubi Amerikada "Napoli"li Maradona kimi çağırırlar - Dieqo Armando Maradona.

Futbolçu karyerasında napolililərin canlı əfsanəsinə çevrilən Maradona illər sonra "böyük qayıdışa" ünvanlanacaqdı... Maradona dünya futbolu üçün ayrı, Argentina üçün ayrı, napolililər üçün isə tam ayrı bir varlıqdı. Tarix çarxını fırlayır... O, ən əziz azarkeşlərinin ixtiyarına qayıtmaq üzrədi; bu dəfə məşqçi kimi.

Argentina Futbol Federasiyası Maradonaya kifayət qədər imkan tanıdı və yığma komandanı mundiala aparmağı onun öhdəsinə verdi. Dieqo bacardığı hər şeyi etdi: "Mən futbolla nəfəs alıram. Yaşamağa başqa səbəbim olmayanda futbolu əsas gətirib, özümə haqq qazandırıram. Dünya çempionatında ixtiyarımda olan futbolçuların mənim üçün əlindən gələni etdiklərini gördüm. Bizim gücümüz bu deyildi, sadəcə, futbolda bəxt də öz sözünü deyir... Bizə bu qismət oldu. Anlayıram, federasiya və ölkə rəhbərliyi nəvaziş göstərib məni bu nəticəyə nail olduğumuza görə təbrik etdi (1/4 finalda Almaniyaya uduzub mübarizəni dayandırmışdılar -red.). Ancaq Argentina buna layiq deyildi... Mən məşqçi olmaq istəyirəmsə, hələ bir neçə mərəhələni aşmalıyam; bunu yaxşı anlayıram".

Dieqo üçün yeni səhifə açılır. "Napoli" rəhbərliyi ona təklif göndərib. İstəsə, baş məşqçi, istəsə, istənilən vəzifə... Biz əfsanəvi Maradonanın Napolidə yenidən "zühurunun" şahidi olacağıqmı? Reinkarnasiya onun öz ixtiyarındadı; təklifə razılıq versə...


oxunma sayı: 265 | Paylaş:




?>