NAZİM SÜLEYMANOV: GÜNAHI ÖZÜMÜZDƏ AXTARMALIYIQ
Paylaş:
"Biz bu oyuna ciddi hazırlaşırdıq. Artıq neçə oyun idi ki, böyük hesabla məğlub olurduq. Ona görə də məqsədimiz bu oyunda heç olmasa 1 xal qazanmaq idi. İlk buraxdığımız qola kimi əks-hücümda 2-3 qol epizodumuz oldu. Təəssüf ki, bunlardan istifadə edə bilmədik, təcrübəsizlik bizə mane oldu. İkinci hissədə 11 metirlik cərimə zəribəsindən qol vurduq. Qapıçımız qırmızı vərəqə alaraq, komandanı pis vəziyyətdə qoydu. Son 25 dəqiqə bəlkə də baxımsız alındı. Bunun da səbəbi bizim 10 nəfər qalmağımız və AZAL komandasının səviyyəcə bizdən üstün olması idi. Komandam axıradək əzmkarlıq göstərərək 1 xal qazandı. Komandamı təbrik edirəm". Bu sözləri AZAL-la oyundan sonra MOİK-in baş məşqçisi Ramil Əliyev deyib. AZAL-ın baş məşqçisi Nazim Süleymanov isə komandasının zəif çıxışından danışıb: "Futbolda belə hallar olur. Eşitmək ayrıdı, dərk etmək ayrıdı. Yəqin ki, bu gün bizim futbolçularımız eşitdilər, ancaq dərk etmədilər. Bu oyunda oyunçularım zəif çıxış etdi, bunun da nəticəsində xal itirdik. MOİK isə öz əzmkarlığı hesabına 1 xal qazandı. Bu, futboldu, futbolda hər şey olur və bu hadisələrin baş verməməsi üçün günahı özümüzdə axtarmalıyıq. MOİK-i təbrik edirəm, gələcək oyunlarda uğurlar arzu edirəm".
| Paylaş: