KARPİN: VELLİTON ÜÇÜN 50 MİLYON VERSƏLƏR...
Paylaş:
"Spartak"ın baş məşqçisi Valeri Karpin bu mövsüm ən çox müzakirə olunan legioner - Aleks Velliton haqda danışıb: "Komandamız üçün faydalı bir oyunçudu. Bütün Avropanın diqqəti ondadı. Mən belə futbolçulara çox az rast gəlmişəm. Velliton sürətlə səviyyəsini yüksəldir". Zədələnən və iki həftəlik yaşıl meydandan uzaqlaşan futbolçu üçün təkliflərin yağdığını deyən Karpin Yakovlev və Dzübaya xəbərdarlıq mesajı göndərib: "Bellitonu istəyənlər çoxdu. Növbəti mövsüm də komandamızda qalıb-qalmayacağını dəqiq deyə bilmərəm. Əgər biri gəlib 50 milyon təklif etsə, imtina edə bilməyəcəyik. Qoy Yakovlev və Dzüba komandanın əsas heyətində möhkəmlənsinlər, məşqlərə daha ciddi yanaşsınlar. Gələcək gərgin rəqabətə indidən hazır olmaq lazımdı".
| Paylaş: