"XƏZƏR LƏNKƏRAN" - "SİMURQ" MATÇI BİR DƏQİQƏLİK SÜKUTLA BAŞLAYACAQ
Paylaş:
Premyer-Liqanın 12-ci turu əlamətdar hadisə ilə yadda qalacaq. Bu hadisənin təşkilatçıları isə "12-ci oyunçu" fan-klubunun üzvləridi. Belə ki, fan-klub rəsmiləri "Xəzər Lənkəran"nın rəsmilərinə müraciət ediblər və "Simurq"la oyundan öncə stadiona toplaşanlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan Mübariz İbrahimov və Fərid Əhmədovun xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər. Artıq klub rəsmiləri bu məsələyə müsbət rəy bildiriblər. Açıqlamasında fan-klubun rəhbəri İslam Cabbarlı bunu təsdiq etdi: "Komandayua bu barədə müraciət etdik. Sağ olsunlar ki, onlar bizim bu fikrimizə hörmətlə yanaşdılar. İndi "Xəzər Lənkəran" - "Simurq" oyununda şəhidlərimiz bir dəqiqəlik sükutla yad ediləcək".
| Paylaş: