ZƏFƏR MİRZƏYEVİN "PALMALİ"DƏN GEDİŞİ, YOXSA... (YAZI)
Paylaş:
Artıq xəbəriniz var, "Palmali" Bakı Ofisinin ən böyük fiqurlarından olan Zəfər Mirzəyev şirkətdən kənarlaşdırılıb. "Qara kardinal" ləqəbli bu şəxs işdən uzaqlaşdırılıb, yoxsa qovulub? Versiyalardan biri; Mais Mənsimov Mirzəyevi şirkətdəki maliyyə maxinasiyalarında səbəbkar bilib və qovub. Bu, hardasa, bir az inandırıcı görünə bilər. Çünki "illeqal" kardinalın şirkətdəki səlahiyyətlərini birbaşa kiçik Mənsimov müəyyənləşdirirdi. Onlar yaxın dost idilər və Mirzəyevin "Palmali"dəki hegemeonluğu və ya süqutu məhz Mənsimovun ixtiyarında idi. Mahiyyətcə kardinal bu nüfuzlu şirkətin aparıcı simalarından idi. Vəzifəsi isə baş menecer kimi təqdim olunurdu. Şirkətin hərəkətverici qüvvəsi olan "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov növbəti dəfə sərrast olduğunu göstərdi. Nadirov həm şirkətdə, həm də klubda çox fəal idi və hər kvartaldan bir onun səlahiyyətləri artırılırdı. Mirzəyev isə bir qədər praqmatik fiqur idi. Təbii ki, biz Mənsimovun məhz onun praqmatikliyinə görə belə addım atdığını iddia edəcək qədər bəsit düşünə bilmərik. Ancaq bəlli ki, ortada böyük bir gediş var. Yaxın dostlar arasında münasibət ən pis hala çatıb və o, işdən qovulubsa... Şirkətin rəsmi mövqeyi belədi: Mirzəyev öz istəyiylə, ərizəsini yazıb və işdən çıxıb; səhhətində problemləri əsas gətirərək. Biz bir məsələni də dəqiqləşdirdik. Səhhəti normallaşandan sonra geri qayıda bilərmi? Cavab: Mirzəyev birdəfəlik gedib. Məsələ kifayət qədər ciddidi və Mirzəyevin istefası variantı bu arqumentlərin ümumi təhlilindən sonra bir qədər arxa plana keçir. Mirzəyevin işdən çıxarılması tapşırığı İstanbuldan da gələ bilər. Mübariz Mənsimov Bakı Ofisində "çistka" aparmaq niyyəti həmişə qüvvədə olub. Sadəcə qardaşı Maisin Mirzəyevlə yaxın münasibətləri və bəzi xırda amillərə görə bu, alınmırdı. Biz Mirzəyevin hansısa "komandanın" klubdan və şirkətdən təmizlənməsi yolunda son mogikan olduğuna da işarə vura bilərik. Tədricən istefalar... qovulmalar və kardinalın gedişi. Mütləq halda, şirkət daxilində iki qüvvənin çəkişməsi var idi... Bu, güclünün qələbəsidi. Mirzəyev geri qayıtmamaq şərtiylə "Palmali"dən kənarlaşdırılıb. Biz prosesin davamını, əhəmiyyətli fiqurların bundan sonrakı yerdəyişməsini sizə çatdıracağıq.
Ssenari tamamlandımı?
İki gizli qüvvə arasında gedən uzumüddətli mehriban mübarizə "epopoeyası" başamı çatır?
| Paylaş: