')

Bu gün:


FutbolPress.Az | ARGENTİNA ÇEMPİONATININ FORMATI DƏYİŞDİRİLİR

ARGENTİNA ÇEMPİONATININ FORMATI DƏYİŞDİRİLİR


oxunma sayı: 434 Paylaş:

Argentina Futbol Federasiyası ölkə çempionatının formatını dəyişmək qərarına gəlib. Federasiya prezidenti Xulyo Qrondon deyib ki, Apertura və Klasura sistemindən imtina etməyin vaxtı çatıb: "Ölkə çempinatının Apertura və Klasura sisteminin faydasız olduğu illərlə özünü göstərməkdədi. Bu iki mərhələdə komandalar cəmi 19 oyun keçirirlər. Biz oyunların sayını çoxaltmalıyıq. Hazırda bütün Cənubi Amerikada Avropadakı sistemə keçid haqda düşünürlər".

Qərara alınıb ki, Apertura və Klasuranın əvəzinə dörddövrəli sistem tətbiq olunsun. Düşünürlər ki, C. Amerika klublarının oyun təcrübəsinin azlığı yığma komandalara da təsir edir. Yeni sistemə görə, çempionat ərzində bir klub 38 oyun keçirəcək. Yeni sistemə isə yeni mövsümdən - 2011-ci ilin avqustundan start veriləcək.


oxunma sayı: 434 | Paylaş:




?>