KARLSONS: "BU OYUNA REVANŞ MATÇI KİMİ BAXIRDIQ"
Paylaş:
"İnter"in hücumçusu Grts Karlsons "Neftçi" ilə oyun haqda fikirlərini bölüşüb: "Neftçi" ilə oyuna çox ciddi hazırlaşmışdıq. Keçirdiyimiz oyunlarda xeyli xal itkisinə yol vermişdik və getdikcə çempionluq yarışından geri qaldığımızı bilirdik. Üstəlik "Neftçi" ilə ev oyununda məğlub olmuşduq. Bu oyuna revanş matçı kimi baxırdıq". Klubun azarkeş saytına danışan latviyalı futbolçu bir xalın pis nəticə olmadığını bildirib: "Birinci hissədə bir neçə real qol imkanlarım oldu. Amma dəyərləndirə bilmədik. Deyərdim ki, bu oyunda bəxt "Neftçi"nin tərəfində oldu. Qoldan sonra oyuna nəzarəti əlimizdə saxladıq. Lakin cərimə zərbəsindən vurulan qol bizi 3 xaldan məhrum etdi. Deməzdim pis nəticədi. "İnter" getdikcə öz oyununu tapır və əvvəlki adını özünə qaytarır. "İnter"i çempionluq marafonundan silənlər yanılacaqlar. Növbəti turlarda yaxşı oyun və nəticə əldə edəcəyimizə inanıram".
| Paylaş: