')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN" QƏBƏLƏDƏ AXSADI... (TURUN TƏHLİLİ)

"XƏZƏR LƏNKƏRAN" QƏBƏLƏDƏ AXSADI... (TURUN TƏHLİLİ)


oxunma sayı: 272 Paylaş:

Lider xal itirdi, "Bakı" isə qalib gəldi

Premyer Liqasının təsnifat mərhələsinin ikinci dövrəsinə start verilib. Turun açılış oyunu dünən olub. " MOİK-i qəbul edən "Qarabağ zəf rəqibi asanlıqla məğlub edib.

Turun mərkəzi matçı "Neftçi" - "İnter" qarşılaşmasında "sülh" olub. Paytaxt derbisi lider "Neftçi"nin xal itirməsiylə yadda qalıb. "Bankirlərin" baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfrasında yenə iddialı danışıb. Bildirib ki, onun komandasını siyahıdan silənlər yanılırlar: "Biz hələ çempionluq mübarizəsindən qopmamışıq. Hədəfimiz qızıl medaldı".

Tura rəngarənglik isə Qəbələdə qatılıb. Yerli eyniadlı komanda liderliyə əsas namizəd "Xəzər Lənkəran" xalsız yola salıb. Toni Adamsın komandası 1 qol vurub, öz qapısını toxunulmaz saxlaya bilib. Mirça Rednik oyunsonrası mətbuat konfrasında müdafiədən şikayətlənib. Amma deyəsən şikayətlər təkcə müdafiədə yox, ümumi oyun planında da var. Çünki Cənub təmsilçisi sabit traektoriya cızmır, gözlənilmədən məğlub olur. Çempionluq üçün yarışan komandanın belə oyunlarda xalsız qalması yaxşı xəbər deyil. Nöqsanın böyük payı Rednikdədi. Onun taktiki gedişləri uğurlu olsa da, komandanı rəqibə qarşı kökləmək intuisiyası yoxdu. Bu da onun çempionatı hələ yaxından hiss etməməsinə görədi. Rednik bunu aradan qaldırmalıdı. Çünki çempionatda bəzən anlaşılmaz situasiyalar yaranır. Bütün güclülərə "qan udduran" "Gəncə" bu gün son üç turda qələbə üzü görməyən və bu mövsüm çox zəif təsir bağışlayan "Bakı"ya uduzub.

Öz meydanında "Xəzər Lənkəran"ı (4:1) darmadağın edən "Gəncə" özünü ititrmiş vəziyyətdə olan "Bakı"ya böyük hesabla uduzur - 1:3. Deməli, bu komandada da sabit komanda tərzi yoxdu.

"Muğan"ın güclü komandalarla mübariz oyunu komanda haqda xoş təəssürat yaratsa da, bu dəfə doğma meydanda "Turan"a qalib gələ bilməyib. Tovuz təmsilçisi yavaş-yavaş autsayderlər cərgəsindən çıxmaq üzrədi.

Premyer Liqa
XII tur
6 noyabr (şənbə)

"Neftçi" - "İnter" - 1:1
Qollar:
P.Zlatinov 60 (0:1), Emil Mpenza 83 (1:1)
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Eldar Nağıbəyov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məlik Həsənov

"Qəbələ" - "Xəzər Lənkəran" - 1:0
Qol:
Lyuba Baranin, 35
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Ramiz Əsədov
Dördüncü hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev

"Muğan" - "Turan" - 0:0
Baş hakim:
Ceyhun Haşımov
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Roman Vasilyev
Dördüncü hakim: Hacıəli Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov

"Gəncə" - "Bakı" - 1:3
Qollar:
Ceyhun Sultanov, 14 (p.) // Adnan Barakat, 18; Leonardo Roşa, 69; 72
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Aydın Ələkbərov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Nüvər Xasıyev

"Simurq" - AZAL - 0:1
Qol:
Zohair Benuahi, 28
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Habil Əliyev
Dördüncü hakim: Alik Yunusov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əmir Zamanov

"Qarabağ" - MOİK - 3:0
Qollar:
Georgi Adamiya, 17; Rauf Əliyev, 44; 49
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Elşən Durmuşov
Dördüncü hakim: Elçin Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov

  Komanda O Q H M Qollar Xallar
1 "Neftçi" 12 8 3 1 26-7 27
2 "Xəzər Lənkəran" 12 7 3 2 13-6 24
3 AZAL 12 7 3 2 17-6 24
4 "İnter" 12 7 2 3 10-9 23
5 "Qarabağ" 12 6 3 3 15-7 21
6 "Qəbələ" 12 5 3 4 9-7 18
7 "Bakı" 12 4 3 5 15-16 15
8 "Gəncə" 12 3 6 3 18-18 15
9 "Muğan" 12 2 5 5 6-11 11
10 "Turan" 12 1 5 6 9-17 8
11 "Simurq" 12 1 3 8 9-20 6
12 MOİK 12 1 1 10 4-27 4


oxunma sayı: 272 | Paylaş:




?>