')

Bu gün:


FutbolPress.Az | Ağ-qara "Neftçi"

Ağ-qara "Neftçi"


oxunma sayı: 852 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

"Neftçi" - Azərbaycan futbolu deməkdi.
Çox ağır məsələdi. Ciddi məqamdı. Və dərin hikmətdi. Yəni həqiqətən, bir "Neftçi" var və bu Azərbaycan futbolu deməkdi.

...66-cı il...

Ata, bəsdi də! Beynimi apardın bu 66-cı il nağılıyla.
İndi XXI əsrdi e, ata. "Neftçi"dəkilərin hamısı neftçi olmağa məcbur deyil. Sadıq müəllim klubun prezidentidi, Tahir Süleymanov onun vitse-prezidentidi. Onlar yeni əsrin "Neftçi"sini təqdim edəcəklər. İş gedir...

Adnan Sezgin gəlmişdi o gün. Biz elə bilirdik "Qalatasaray"la məşqçi üstündə yaranmış narazılığı danışmaq üçün göndəriblər. Elə də yazılmışdı.

Sezginin süzgünlüyü üzgünlüyü aradan qaldırıb deyəsən. Bakıya qədəmlərini basandan sonra "Qalatasaray"la əməkdaşlığını biri bir qəpik olub. Uşaq futbolçularımız ora göndəriləcək, onlar bura gələcək, get-gəl olacaq, oyunlar oynayacaqlar, xeyir-şərə şərik olacaqlar, aş yeyəcəklər, samavar çayı içəcəklər...

Təki Melkiorre kimi məqşçilər Azərbaycan futboluna tez-tez nəsib olaydı. Bəlkə futbolun inkişafı üçün Dövlət Proqramının da bəxti açılardı.

Təkcə Melkiorrenin "Neftçi"dən çıxıb "Qalatasaray"a getməsi belə bir hadisəyə səbəb oldu: əvvəlcə bizimkilər Melkiorreyə xoş yol arzuladılar, sonra "Qalatasaray"a məşqçinin "Neftçi"dən getməyi hadisə kimi dəyərləndirildi, sonra gördülər ki, hələ də ordan səs çıxmır, dedilər ki, gözləyirik, gördülər ki, yenə yoxdu, dedilər səbr kasamız dolur, yenə heç nə olmadı, dedilər 100.000 dollar!

Adnan Sezgin beləcə durub gəldi Bakıya. Biz jurnalistlər də gözləyirdik ki, nə baş verəcək. Niyə Melkiorreyə görə "Bir millət, iki dövlət" futbol diplomatiyasında gərginlik yaşasın...

Bir daha sübut olundu ki, aramızdan qara pişik də keçə bilməz. Tahir Süleymanov: Adnan Sezgin əfəndimiz İstanbuldan gəlib (Guya bilmirdik, ilk dəfə eşitdik). Biz qardaşlıq müqaviləsi bağladıq (Bəs söhbət Melkiorre mübahisəsi idi...). Bundan sonra "Qalatasaray" və "Neftçi"miz qardaş klublardı (Bıy, sağ ol, əziz Melkiorre, bizi qardaş elədin).

100.000...? O pul Sezginin bura gəlməyə məcbur edən "Neftçi"mizin ağ-qara ("çorni-beli") formasına qurban..! Bütün "Neftçi"sevərlər necə də Sezginlə şəkil çəkdirirdi. "Qalatasaray"ın idman direktorunu bura gətirib şəkil çəkdirib yola salmaq... Bu, Sezginin ezgin olunması idi, abi. Bunu bacaran klubum Avropada hələ çox ezgin-üzgünlər yapacaq.
Bircə neftimiz "çi"siz olmasın ki, onu istifadə eləyə bilək. Yaşasın neftimizin "çi"si!

Yazarın bütün yazıları

oxunma sayı: 852 | Paylaş:




?>