')

Bu gün:


FutbolPress.Az | UNİBANK ADAMİYANIN MÜKAFATINI HƏLƏ VERMƏYİB!

UNİBANK ADAMİYANIN MÜKAFATINI HƏLƏ VERMƏYİB!


oxunma sayı: 615 Paylaş:

Apreldə ayın futbolçusu seçilən gürcünün 1111 manatı niyə verilmir?

UniBank idi "Biz hər şeyin qaydasını bilirik..." deyən? Hanı...? Bəs aprel ayında aayın futbolçusu seçilən Georgi Adamiyanın 1111 manat pul mükafatı niyə hələ də verilməyib? Bankın rəsmisi durmadan bizi qərəzlilikdə suçlayırdı - sübut-arqument olmadan. Lazımdısa bizdə arqument çoxdu. Törəyən arqumentlərdi, dayanmadan xəbərlər gələcək, biz də yazacağıq, bank axırda çarəsiz qalıb, yalavaracaq ki, eləməyin. Belə şeylərdə ssenarinin prosesi hara apardığını əvvəldən bilirik də, niyə mübahisə edib, "biz əbədi haqlıyıq" maskası taxırsız. Hansısa mikrofon sizinçün bunu hayqırmağa imkan verə bilər, bütün mikrofonlar eyni deyil.

Məlumatlı mənbəmiz bank haqda dəqiq informasiya ötürüb. Bildirir ki, gürcü futbolçunun pul mükafatı 7 aydı gecikir. Cəmi 1111 manatı futbolçuya verməkdə çətinlik çəkən bankımın operativliyinə şübhə yaranmalıdımı?

Xəbərə münasibət bildirmək üçün Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Aslan bəy bunları dedi: "Bəli, mükafatın verilməyində problemin yarandığı doğru məlumatdı. Hazırda bu işlə bağlı bank rəsmisiylə danışıram. "Qarabağ"ın mətbuat katibi Nurlan Əziz də yanımdadı. Bizə məlum olan budu ki, Adamiyanın sənədlərində problem olduğu üçün bank bu pulu ödəməyib. Sənədlərdəki problemlə bağlı konkret araşdırmalar aparılır. Problem yoluna qoyulacaq, yəqin".

Futbolçunun özü isə sənədlərindəki problemlə bağlı məlumatlandırılmadığını bildirir. Onun sözlərinə görə, yalnız banka mükafatın niyə gecikdirilməsiylə bağlı müraciətdən sonra onlar futbolçunun sənədində problemlərin olduğunu bildiriblər.

Çox peşəkar bankdı. Hətta Ramin Vəliyevin "Biz tirajı 2000-dən yuxarı olan saytlara reklam verəcəyik"deyib, sonra 2000 tirajlı saytları saya bilməməsinə oxşadı. Bu bankın PFL-ə müqaviləsinin biabırçı həddə qeyri-peşəkar olduğunu xatırlatmağa ehtiyac varmı? Yoxsa yenə qərəzliyik?

Adamiyanın aprel ayının futbolçusu seçilməsi mayda elan olunmuşdu. Bütün KİV pul mükafatının futbolçuya verildiyini yazmışdı.


oxunma sayı: 615 | Paylaş:




?>