')

Bu gün:


FutbolPress.Az | "FUTBOLPRESS"DƏN YENİLİK ! VİDEOPORTAL LAYİHƏMİZƏ START VERİRİK!

"FUTBOLPRESS"DƏN YENİLİK! VİDEOPORTAL LAYİHƏMİZƏ START VERİRİK!


oxunma sayı: 692 Paylaş:

"FutbolPress" növbəti yeniliyə start verir. Bundan sonra bizi izləyənlər portalımızda fərqli və özəl videoroliklər, videoreportajlar izləyəcək.

Əslində böyük maliyyə imkanı tələb edən bu işə çox kiçik büdcəylə də olsa başlayırıq. Yaxın gələcək üçün video layihələrimizin fakturaları da dəyişəcək və müxtəlif yenilikləri sizə təqdim edəcəyik.

Efir məkanında futbolun mətbəxində baş verənləri açıb ağartmaq senzuraya məruz qaldığına görə, efirdə çox az miqdarda və səthi, dolayı tənqidlər olduğuna görə "FutbolPress" bu boşluğu da aradan qaldırmağı düşünür. Mümkün olsa biz sizin görüşünüzə xüsusi verilişlərlə, ekspert rəyləriylə gələcəyik. Ancaq sizə TV-lərin təqdim elədiyi tərzdə yox, danışmaq, olanı açıq demək üçün özünəgüvəni və asılılığı olmayan fərdlərlə edəcəyik bunu. Ekspert anlayışına fərqli baxırıq, siz də bu fərqi tezliklə görəcəksiz.

Beləliklə, yeni layihəmizə  "Həftənin xülasəsi" rubrikasıyla başlayırıq. Videoları saytımızla yeni əməkdaşlığa başlamış Elvin Canturanın dəstəyi ilə tərtib edirik. Bu rubrikada sizə geridə qalan həftə ərzində portalımızın təqdim elədiyi yazılar haqda bir az geniş məlumat veriləcək.



oxunma sayı: 692 | Paylaş:




?>