"XƏZƏR LƏNKƏRAN"DAN AZARKEŞLƏRƏ MÜJDƏ
Paylaş:
"Xəzər Lənkəran" bir qədər əvvəl satışa çıxarılan mövsümlük abunə kartlarından olan Standart kartın qiymətini ikiqat endirib. Apasport.az saytının məlumatına görə, bu qərarı qəbul edən klub rəhbərliyi öz qarşısına futbola ictimai marağı daha da artırmağı və "Xəzər Lənkəran"a sadiq olan azarkeşlər üçün daha yaxşı şərait yaratmağı məqsəd qoyub. Kartların satışa buraxılmasında əvvəlcədən məqsəd klub tərəfdarlarının rahatlığını təmin etmək, eyni zamanda marketinq və kommersiya baxımından vacib sayılan sabit gəlirə sahib olmaq idi. Beləliklə bundan sonra hər bir şəxs "Xəzər Lənkəran" Standart abunə kartını əldə etmək üçün yalnız 35 manat ödəməklə stadiona VİP girişdən daxil olmaq imkanını, 2010/11 mövsümü üçün tribunalarda klub tərəfindən müəyyən edilmiş oturacaqlardan istifadə etmək hüququnu qazanacaq. Standart kart alana klubun atributlarından hədiyyə veriləcək. Mənbə: lankaranfc.com
| Paylaş: