RAUF MEHDİYEVİN ZƏDƏSİ CİDDİ DEYİL
Paylaş:
"Neftçi"nin qapıçısı Rauf Mehdiyevin zədəsinin nə dərəcədə ciddi olub-olmamasına aydınlıq gəlib. Qapıçının ANS PRESS-ə verdiyi məlumata görə, onun zədəsi elə də ciddi deyil. Qapıçının sözlərinə görə, bu gün səhər saatlarında zədəli ayağı rentgenə salınıb. Bir neçə dəqiqə bundan əvvəl isə rentgen müayinəsinin cavabı məlum olub. Futbolçunun ayaq sümüyündə hematoma aşkar edilib. Bu isə elə də ciddi zədə sayılmır.
Rauf Mehdiyev onu da bildirdi ki, 2-3 gündən sonra yenidən məşqlərə başlayacaq.
Mehdiyev Premyer Liqanın son turu çərçivəsində baş tutan "Bakı" - "Neftçi" oyununda zədələnib. Futbolçu matçın 77-ci dəqiqəsində meydandan çıxaraq yerini Premyer Liqanın ilk 9 turunda komandanın qapısını qoruyan Paulius Qribauskasa vermişdi.
| Paylaş: