HİDDİNK YENƏ AZƏRBAYCANA MƏĞLUBİYYƏTDƏN XATIRLADI
Paylaş:
Türkiyə yığma komandasının baş məşqçisi Quus Hiddink komandanın heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır. O, Azərbaycanla qarşılaşmadan da danışıb: "Azərbaycana uduzmusansa, az da olsa susub, oturmalısan. Qismətdə bu var imiş, mən də bunu yaşadım. Almaniyaya uduza bilərsən, ancaq Azərbaycana məğlub olmağı heç cür qəbul edə bilmərəm. Artıq problemləri kökündən həll etməyin vaxtıdır. Türkiyənin AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanması üçün əlimdən gələni edəcəyəm".
| Paylaş: