')

Bu gün:


FutbolPress.Az | Kamran`aman... 

Kamran`aman... 


oxunma sayı: 1757 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

"Xəzər Lənkəran"la onsuz hər cür məzələnirdilər, bircə Kamran Ağayevin "əlcək tullaması" qalmışdı.

Hələ xeyli əvvəl yazmışdıq, bu komandadan getməli olanların siyahısına Kamran başçılıq eləməlidi. Ancaq futbol idarəçiliyini futboldan başı çıxmadığı üçün heç vaxt anlamayacaq hazırkı idarə-üsul Kamranı elə urvatsız yola saldı ki, haqlı olmalı məqamda haqsız çıxdı, üstünə də bir vedrə qaynar su səpdilər, getdi işinin dalınca... Rövnəq Abdullayevin xahişi ilə futbolçu geri qaytaran adamlar sabah hansısa xahişlə öz-özünə gülə də bilər, öz-özünə danışa da... Bu da peşəkarlıq...

"Neftçi" də oyunçu cəzalandırır, görürük. İqor Mitreski kimi illərin təcrübəsini İsrail klubuyla avroliqa oyunundan sonra əvəzedici heyətə göndərdilər. Ancaq onun qayıdışını görürsüzmü.

Futbolçu başının üstündə "Domokl qılıncı" hiss etməsə, intizam görməsə o klub uğur qazana bilməz. Yayda heyəti risk edib xeyli dəyişdilər. Qapıçı Rauf Mehdiyevi kənarlaşdırdılar. Yeni transferlər də göz qabağında...

***        ***        ***

Bunlar futbolu bilən şəxslərin sistemli işinin nəticəsidi. Ancaq Lənkəran klubunda vəzifəsi bilinməyən Zaur Ramazanov Bəhmən Həsənovfason - çıxarılır, qaytarılır, çıxarılır, yenə qaytarılır, beləcə olur klubdaxili rezisdeniya... Emin Quliyevi gətirirlər ki, komandada intizam yaratsın. O da Kamrana "xod gedir", guya bu bunların intizamıdı.  Emin əvvəlcə öz intizamının öhdəsindən gəlməlidi, hörmətli peşəkar XL rəhbərliyi. Axrıncı dəfə I diviziona yuvarlanan Quliyev "Abşeron"dan da intizamsızlığına görə qovulmuşdu. Lənkəran klubu isə yeni "intizamstroy" kəşf edib. Konsertsiz...

Baş məşqçi olan yerdə əlavə şəxs gətirib "intizamist" qoyacaqlarsa adamın hıçqırtısı tutar da bəs...

Yayda yoxlanışa min doqquz yüz iyirmi altı futbolçu gəldi. Yunis Hüseynovun bəyənməməkləri artıq bir el məsəlinə, rəvayətə çevrilmişdi. Camaat da bezmişdi. Bir peşəkar kluba bu qədər baxışa futbolçu gəlmir, yoldaş idarəçilər. Mənə hətta elə gəldi ki, rəhbərliyin istədiyi futbolçuları Yunis qəsdən bəyənmirdi, Yunisin istədiklərinə də rəhbərlik pul ayırmırdı.

Normal kluba ümumiyyətlə, futbolçu baxışa yox, müqavilə bağlamağa gəlir. Sizin seleksiya sisteminiz nə sünbülə dərmandı bəs...

Kamran dünən məşqdə bir neçə azarkeşin onu fitə basmasına acıq edib çantasını vurub qoltuğuna çıxıb gəlib Bakıya. Bu, Kamranın şəxsi problemidi, adamın burnu göyə dəyir. Ancaq normal klub burnu göyə dəyənləri çoxdan "çistka" eləməliydi.

"Xəzər Lənkəran"da başlar tapşırılan futbolçuların oynadılmasına və kimlərinsə yalan vədlərinə uyub. Komanda 12-ci yerə-zada düşür, yuxudan ayılmırlar. Tərs şillə dəyəndə anlayacaqlar, onda da gec olacaq. Kimsə vəd verməklə deyil, vəd verib barmağına dolanan o qədər klub olub ki...

***        ***        ***

Sizin komanda qurmağınız artıq heç Yunislik də deyil, o, iradəsizliyini göstərdi bu müddətdə. Dindirdik, dedi rəhbərlik bilər, sual verdin, cavabsız qaldı... Heyf səndən, Hüseynov. Belə baş məşqçi olmaz. Köməkçisi istefaya göndərilən, ancaq özü yerində qalan baş məşqçi olmaz. Gəminin kapitanı heyəti özü müəyyənləşdirmədisə, demək, onun gəmini idarə eləməyinə və suda batırmamağına zəmanət yoxdu.

"Xəzər Lənkəran" keçən ilin yayında gəncləşdirmə siyasəti deyib 33 yaşlı Ramin Nəsibovu heyətə çağıranda bişmiş toyuğun da gülməyi gəlmişdi. Ancaq klub rəhbərliyi bu haqda suallara elə cavab verirdi, deyirdin əlbət, hamı səhvdi, bunlar düppədüz...

Bu klubun büdcəsi talan edilir. Futbolçuların cərimələrinə... Bu cür uğursuz transfer işlərinə. Və s. və i.

Ağasəlim Mircavadovun dövründə 11 futbolçu yarım mövsüm heyətə düşməmişdi. Üst-üstə 2 milyondan çox pul edirdi bunların qiyməti. Yazmışdıq ki, niyə bu futbolçular oynadılmır. Əgər heyətə buraxmayacaqdızsa nədən almısız. Kimlərinsə o transferlərdən cibə "qatlamaq" marağından başqa heç nəyə yaramır, eləmi...

Bu məsələyə klub tərəfindən sıfır reaksiya da gəlməmişdi. Onda adam bir şey fikirləşir: deyəsən elə rəhbərliyə belə xoşdu, öz əlim, öz cibim...

Yazarın bütün yazıları

oxunma sayı: 1757 | Paylaş:




?>