ASLAN ŞAHGƏLDİYEV ROŞA QALMAQALINA AYDINLIQ GƏTİRDİ
Paylaş:
Fanat.az saytı «Bakı»nın futbolçusu Leonardo Roşanın paytaxt klubuna transferində uyğunsuzluq aşkarlayıb. Sayt iddia edir ki, braziliyalı futbolçunun adı iştirak ərizəsinə transfer pəncərəsi bağlanandan sonra daxil edilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məsələyə aydınlıq gətirib: «FİFA-nın prinsiplərinə əsasən, əgər futbolçu başqa klubun heyətində meydana çıxmayıbsa, hətta transfer pəncərəsi bağlanandan sonra belə, adı iştirak ərizəsinə salına bilər. Amma Roşanın məsələsində belə bir məqam da yoxdu. Mən özüm həmin futbolçunun adının iştirak ərizəsinə transfer pəncərəsi bağlanandan əvvəl daxil edildiyinin şahidi olmuşam. Roşanın adı iştirak ərizəsinə avqustun 31-də salınıb. «Bakı»nın futbolçuyla müqaviləsi isə «notariat kontorunda» 27 avqust 2010-cu il tarixində təsdiqlənib».
| Paylaş: