ŞAFER AZARKEŞLƏRİ DÖZÜLMƏZ HƏDDƏ ÇATDIRDI
Paylaş:
XI turda məğlub olan "Bakı"da işlər qarışıb. Tarixinin ən uğursuz dövrünü yaşayan "zolaqlılar" bu gün "Neftçi" yə uduzub - 2:0. Məğlubiyyətdən başqa, komandanın oyunu da pis idi. Buna görə azarkeşlərin etiraz səsi ucalıb. Oktyabrın 20-də "Qarabağ"a 0:2, 4 gün sonra "İnter"ə 0:1 hesabı ilə uduzan komanda bugünkü məğlubiyyətlə 12 gündə 3-cü dəfə meydanı başıaşağı tərk etmiş oldu. "Bakı"evər bu biabırçı nəticələrə etiraz olaraq "Neftçi" ilə oyun başa çatmamış baş məşqçi Vinfred Şaferi istefaya çağırıblar.
| Paylaş: