TURUN MƏRKƏZİ OYUNUNU "QOCAYA" ETİBAR ETMƏZLƏR (TƏHLİL)
Paylaş:
Rəşad Sadiqov da Rövşən Əhmədovu uğursuz təyinat sayır Premyer Liqanın XI turunun mərkəzi matçı həm də prinsipiallığı ilə fərqlənirdi. "Qarabağ" və "Xəzər Lənkəran" arasında bütün oyunlar gərgin keçib. Bu qarşılaşmalarda hakimlik etmək də asan deyil. Çünki hər iki komanda sürətli oynayır, bir-birinə qarşı sərt oyundan da çəkinmir. Dünənki oyuna Rövşən Əhmədovun təyin olunması birmənalı qarşılanmamışdı. FutbolPress olaraq bu təyinatın yerinə düşmədiyini, Əhmədovun bu yaşda yüksək templi oyunda çatdırmayacağını qeyd etmişdik. Oyun bunu təsdiqlədi. Ciddi mexaniki nöqsanlar olmasa da, matçın tempini aşağı salacaq xeyli sayda "foullar" qeydə alınırdı. Bunu hakimin "bicliyi" adlandırırlar; əgər youlursa, hakim xırda foulları, adi toqquşmalarda qayda pozuntusu qeydə alır və bununla həm də bir az nəfəs dərmiş olur. Ancaq bu qədər də yox. Əhmədov dünən nəfəs dərməyə o qədər aludə olmuşdu ki, oyun ikinci plana düşmüşdü. Bir daha qeyd edirik, oyunun ikinci hissəsində "Qarabağ" sürətli əks-hücumlar edirdi, rəqib isə bütünlüklə müdafiəyə çəkilirdi. Əhmədov 2-3-cü əks-hücumun birində, mütləq, foul qeydə alırdı. Oyun epizodunda olmasa belə, iki oyunçu toqquşdusa, bu, "qayda pozuntusu" olurdu. Hətta Parksla Ansi Aqollinin bir-birinə qarşı sərt oyunu qayda pozuntusu kimi qeydə alındı. "Qarabağ"ın kapitanı Rəşad Sadiqov da Əhmədovun hakimliyini tənqid edir: Qarabağ" və "Xəzər Lənkəran" arasında bundan əvvəl də gərgin oyunlar olmuşdu. Bu dəfə də çətin oyunun olacağını əvvəlcədən bilirdik. Bu oyunda 80 faiz top uğrunda mübarizə getdi. Oyunun gedişi heç-heçənin ədalətli nəticə olacağını göstərirdi. Nəticəni şübhəli qol epizodu həll etdi. Bəlkə də qol idi, dəqiq bir söz deyə. Hakimliyə gəlincə, oyunun tempini aşağı salmaq üçün əllərindən gələni edirdilər. Çalışırdılar ki, hər epizodda fit çalsınlar. Hətta top cərimə zərbəsi qazanan komandada olanda da oyunu dayandırırlar. Belə idarəçiliyə görə də beynəlxalq oyunlara təyinat almırlar".
| Paylaş: