')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN" LİDER OLDU (TURNİR CƏDVƏLİ)

"XƏZƏR LƏNKƏRAN" LİDER OLDU (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 262 Paylaş:

"Neftçi" sabah "Bakı"dan xal almalıdı

Bu gün Premyer Liqanın XI turu başlayıb. Bu tur həm də birinci dövrənin ilk mərhələsi başa çatır.

İlk oyun günündə üç qarşılaşma keçirilib. "Tofiq Bəhramov"da "Qarabağ"ın qonağı olan "Xəzər Lənkəran" qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib. Sabah "Bakı"yla qarşılaşacaq liderliyə əsas namizəd "Neftçi" rəqibdən mütləq xal almalıdı. Əks halda Rednikin komandası mərhələni birinci pillədə başa vuracaq.

"Qarabağ"ın Cənub təmsilçisiylə duelində ümumi nəticələr onların xeyrinə idi. Ancaq bu dəfə lənkəranlılar tək qolla səfər qələbəsini bayram etdilər. Qurbanovun yetirmələri ikinci hissədə rəqibi təzyiqdə saxlasa da, güclü müdafiəylə qarşılaşırdı.
Oyunun hakimliyinə gəlincə, təyinatlar açıqlananda da vurğulamışdıq, Rövşən Əhmədov matçın tempinə tab gətirməyəcəkdi, elə də oldu. Ümumilikdə qənaətbəxş sayıla biləcək hakimlik Əhmədovun xırda foullara meylliyi ilə geriyə addım sayılmalıdı. Qarşılaşmanın tempi qalxırdı, "Qarabağ" ardıcıl sürətli hücumlar təşkil edirdi, bu məqamların birində hansısa oyunçu rəqibiylə toqquşdusa, Əhmədov istənilən halda foul qeydə alırdı. Bu cür amillər göstərdi ki, təyinat yerinə düşməmişdi.

Tovuzda autsayderlərin görüşü də maraqla gözlənirdi. Turnir cədvəlinin son pillələrində qərarlaşan "Turan" və MOİK liqada qalmaq uğrunda bir-birindən qazanacağı xalın əhəmiyyəti anlayırdı.
Ordu klubu bu dəfə də rəqibə boyun əyməli olub. Qərb klubu iki cavabsız qolla üç xal qazanıb. Bu mövsüm yaxşı təsir bağışlayan AZAL isə yenə qələbə qazanıb. Çempionatın güclülərinə qarşı uğurlu müdafiə oyunuyla fərqlənən "Muğan" bu dəfə Nazim Süleymanovun komandasına uduzub. Bu nəticəylə "təyyarəçilər" üçüncü pilləyə yüksəliblər. Altılığa düşmək uğrunda daha bir addım komandanı məqsədinə doğru aparır. AZAL rəhbərliyi mövsümün vvəlində avrokuboklara vəsiqə uğrunda yarışacaqlarını açıqlayıb. Görək, hara qədər gedəcəklər...

Turun statistikası:

Premyer Liqa
XI tur
30 oktyabr (şənbə)

"Turan" - MOİK - 2:0

Qol: Vurğun Hüseynov, 13-pen. (1:0). Viktor Qonta, 56 (2:0).
Hakimlər
: Əmrah İbrahimov, Azad Q. Hüseynov, Zeynal Zeynalov, Zahid Həşimov.

AZAL - "Muğan" - 2:0

Qol: Qvidas Yuska, 28 (1:0). Viktor İqbekoi, 85 (2:0)
Hakimlər:
Elçin Məmmədov, Aleksandr Musatkin, Elşən Acalov,

"Qarabağ" - "Xəzər Lənkəran" - 0:1

Qol: Konstantin Arbanas, 66 (0:1)
Hakimlər:
Rövşən Əhmədov, Eldar Nağıbəyov, Mehman Mahmudov, Rəhim Həsənov.

31 oktyabr (bazar)

14:00."Gəncə" - "Qəbələ"
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Asif Namazov.
Gəncə. Şəhər stadionu.

14:00. "Simurq" - "İnter"
Hakimlər: Ramil Diniyev, Aydın Ələkbərov, Rza Məmmədov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Rüfət Hüseynov.
Zaqatala. Şəhər stadionu.

17:15. "Bakı" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Roman Vasilyev, Əfqan Həmzəyev.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:15.

1 "Xəzər Lənkəran" 11 7 3 1 13-5 24
2 "Neftçi" 10 7 2 1 23-6 23
3 AZAL 11 6 3 2 16-6 21
4 "İnter" 10 6 1 3 8-8 19
5 "Qarabağ" 11 5 3 3 12-7 18
6 "Qəbələ" 10 4 2 4 8-7 14
7 "Gəncə" 10 3 5 2 17-15 14
8 "Bakı" 10 3 3 4 12-13 12
9 "Muğan" 11 2 4 5 6-11 10
10 "Turan"
11 1 3 6 9-18 7
11 "Simurq" 10 1 4 6 9-17 6
12 MOİK 11 1 1 9 4-24 4


oxunma sayı: 262 | Paylaş:




?>