')

Bu gün:


FutbolPress.Az | EKSKLÜZİV! "XƏZƏR LƏNKƏRAN"IN "BİRLİK KUBOKU"NDA RÜŞVƏT OLAYLARI BARƏDƏ (YAZI)

EKSKLÜZİV! "XƏZƏR LƏNKƏRAN"IN "BİRLİK KUBOKU"NDA RÜŞVƏT OLAYLARI BARƏDƏ (YAZI)


oxunma sayı: 3404 Paylaş:

222 nömrəli otaq və pul seyfi

Bu yazı "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun müstəqilliyini və asılı olmadığını fəaliyyəti ərzində dəfələrlə sübut etmiş "FutbolPress"i və saytın baş redaktoru Elçin Cəlilovu qərəzli adlandırmasına həsr olunur.

"Biz heç bir oyun alqı-satqısında iştirak etməmişik" deyən Nadirov bu məlumatlarla  tanış olsun:

(İxtisarla)

2006/07 mövsümünün çempionu olduğuna görə 2008-in yanvarında Sankt-Peterburqa, ənənəvi "Birlik kuboku"nda iştirak üçün yollanan "Xəzər Lənkəran"ın bir ümdə məqsədi var idi - kuboka sahib çıxmaq. Bəs hansı yolla?

Klub ora geniş heyətlə getmişdi. Futbol ictimaiyyətindən, mediadan dəvət olunanlar və s. və i. Heyətin məskunlaşdığı otaqda 222 nömrəli otaq şahidlərə tanış olar yəqin. Həmin otaqda seyf və seyfin içində 300 min dollar pul olub. Klubun rəhbəri Mais Mənsimov seyfin qapısını açıb və göstərib: bu qədər pul (Məbləğ onun dediyi rəqəmdi) bəs edərmi biz burdan kubokla qayıdaq...

Və başlanıb "əməliyyat".

Ora hər mövsüm olduğu kimi, bu dəfə sovet dövründən qalma bir hakimiz gedibmiş. Daha doğrusu, aparılıb. Həmin o hakimə deyiblər ki, birinci oyunu danış (Belə işlərdə  pərgar imiş). O,  5 min dollar istəyib qrup mərhələsindəki ilk qarşılaşmanın hakim işini həll etməkçün. 7 min dollar "məsrəf"...

Sonradan məlum olub ki, pul çatmalı ünvana verilməyib. Bir adam ki, rüşvət işlərinə baxmaq üçün səfərə aparıla, o adamın pulu ünvana çatdırmamaq səbəbini geniş izah etməyə ehtiyac varmı...

Qarşılaşmanın hakimi başqa bir şəxsə şikayət edib ki, bəs bizə nəsə çatmalıydı axı. Nə oldu?!

Bu xəbər və başqa bir neçə "donos" Mais Mənsimova çatar və o sonradan klub Bakıya dönəndə, aeroportda həmin hakimin üst-başını yoxlatdırar... Bu biabırçılıq nəticəsində hakim and-aman edib və birtəhər inandırar ki, pulları vermişəm, özümə götürməmişəm.

Nəysə, qayıdaq yenidən "Birlik kuboku"na. Qarşılaşmaların hakim məsələsini "həll etməli" olan Azərbaycandan aparılmış həmin o "qədim hakimə" pullar Tuyqun Nadirov və həmin ərəfələrdə klubun və "Palmali" Bakı ofisinin idarəçilərindən olan Zəfər Mirzəyev tərəfindən çatdırılırmış. Bir haşiyə çıxım: Tuyqun Nadirov həm də komandanın və klubun rəhbər şəxslərinə "nataşaların" təşkili işinə də baxırmış. 

Final matçına qədər 300 inlik "büdcədən" bir şey qalmayıbmış. Sonradan ayılan rəhbərlik anlayıb ki, işin həll olunmasını etibar etdiyi şəxslər əslində ona "atırmış". Məsələn, şərti olaraq bir rəqəm deyək, oyunların taleyini həll etməkçün 100 min istəsə də, başqa biri çıxıb ortaya və bildirib ki, ay Mənsimov, 100 min nədi, bunu iki dəfə ucuza da eləmək olar. 

Qrup oyunları bitir. Əlqərəz, "Xəzər Lənkəran" gəlib finala qədər çıxır. Finalda hakimi - İvanovu "almaq" mümkün olmur. O bildirir ki, UEFA-dan ona etimad göstəriblər, təyinatları var, birdən oyun alınmaz və "Xəzər Lənkəran"ı vəziyyətdən çıxarmaq xatirinə biabırçı qərarlar verməyə məcbur qalar. Həm də Özbəkistanın "Paxtakor" komandası yla qarşılaşmanı FIFA və UEFA prezidentləri də izləyəcəkdi deyə, o, ehtiyat edib. Əvvəlcədən pul alıb, sonra "niyyətin" alınmamağından qorxub. 

İvanov pul götürməsə də onun assistenlərinə - laynsmanların hərəsinə 3 min dollar verə biliblər.

4:3 hesabı ilə qalib gələn "Xəzər Lənkəran" kuboka sahib çıxır. Həmin oyuna "Palmali"nin mərkəzi - İstanbul ofisindən daha bir nümayəndə ilə birlikdə baxmağa gələn Mübariz Mənsimovun həmin 300 min dollarlıq "büdcədən" xəbəri varmı... Bu rüşvət olayları  ona məlum idimi... Bunu bilirik, amma tam dəqiq mənbədən öyrənməmişik deyə bildirmirik. Araşdırmağa çalışırıq.


oxunma sayı: 3404 | Paylaş:




?>