')

Bu gün:


FutbolPress.Az | ...69%

...69%


oxunma sayı: 2460 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

"FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin birinci turunda azarkeş sayı ilə bağlı yeni rekord müəyyənləşib. Mundialın ilk turunda keçirilmiş 8 qarşılaşmanı 87600 tamaşaçı izləyib. Bu, orta hesabla hər oyuna 10950 tamaşaçı deməkdir. 2008-ci ildə Yeni Zelandiyada və 2010-cu ildə Trinidad və Tobaqoda təşkil olunmuş mundialla müqayisədə bu, yeni dünya rekordudur.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012-nin orta tamaşaçı sayı 4 il əvvəl qeydə alınan rekorddan 69 faiz yüksəkdir".

Bu "söhbətə" AFFA-nın rəsmi saytında rast gəldim. Gör nə ilə məşğuldular... Trinidad Tobakodakı çempionatda bizdəkindən az adam gəlib, yesss, biz superik. 

OK. başa düşdük... Bəs 69 faiz nəydi. Yaxşı rəqəm alınıb... AFFA-nın bizim futbolla münasibətləri elə 69 vəziyyətdindədi. Mikayıl Nərimanoğlunun deməyə sözü var: Yox, bir dəqiqə, gəlin belə danışaq, elə deyil, gəlin belə danışaq da...

Danış da Miko, danış. Seç, qurtar, görək nə rəngdədi.

Dünən çempionatda təlim-məşq toplanışlarına getməkdən yorulan yığmamız Nigeriya yığmasına 11:0 uduzdu, bu haqda AFFA-nın rəsmi saytında heç bir xəbər yoxdu. Heç Kolumbiyaya 4:0-lıq məğlubiyyəti də saytda qoymayıblar. 

Əsas odu, Nigeriya matçının nəticəsi Elxançik Məmmədovun çempionat üçün sevib-seçdiyi sloqanla həmqafiyədi - 11:0... "On bir ürək, bir istək".

Əlasız vallah. Azərbaycanda qadın futbolu inkişaf edib - bircə bunu da deyin, gedək yataq...

Sizin keçirtdiyiniz çempionata görə camaat utanıb yerə girməkdən güclə saxlayır özünü, xəbəriniz varmı... Dediyiniz o 69 faizlik lənətəgəlmiş rekord da gücbəla ilə stadiona gətirilən insanların hesabına...
Hesab istəyəcəklər əlbət nə vaxtsa...

Yazarın bütün yazıları

oxunma sayı: 2460 | Paylaş:





?>