')

Bu gün:


FutbolPress.Az | Vaqif Sadıqov belə de(miş)di...

Vaqif Sadıqov belə de(miş)di...


oxunma sayı: 689 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Mirkamil Həşimov: "Mən Türkiyə vətəndaşı olmaq, milli komandada oynamaq istəyirəm".

Əhsən, Mirkamil! Müstəqil düşüncən var, sən artıq bilirsən ki, seçdiyin yol gələcəyindi. Bunu dərk eləmək böyük şeydi.
...Mesut Özil düşür yada - Türkiyəni şoka salan qolu vuranda...
Əgər Vətən adlı məfhumu mesutkimilər və ya mirkamillərə ümid etsəz, sizin meydançanızda mərkəz xətti yox olar, yaşıl ot əvəzinə mamır bitər. Məsutu xalq düşməni elan etməyə nə var ki...
Mirkamili burda gah lipa eləmək istədilər, gah valideynlərinə get-gəl tapmacası təklif olundu. Getdi Türkiyəyə və "Fənərbağça" onu qəbul etdi. İndi o komandanın 15 yaşlılardan ibarət heyətinin lideridi. Bura qədər qət edilən yolun adı - tam fərdiyyət.
Bəs natamam fərdiyyət necə olur? Sizə bir misal: Vaqif Sadıqov. Azərbaycanlıdı, futbol məşqçisidi. Məşqçilikdən çox mübtəda və xəbəri yerində olan cümlələr qurub qurama şeylərdən danışan bir insandı.
Vaqif Sadıqov sonuncu dəfə "Neftçi"dən yüngülcə qovulub. Səbəbini soruşmuşduq, xoşluqla ayrılmışıq, demişdi. Axı bilməsək, soruşmazdıq... Qovulub!
Sadıqovdan indiyə qədər bəlkə yüz iyirmi yeddi dəfə soruşmuşuq - Foqts??? "Ona vaxt vermək lazımdı..." cavabı gəlib. Nə edək, olan mütəxəssislərimizin samballısıdı hələ. Hər dəfə gözləyirdik, bəlkə başqa bir şey deyər. Heç olmasa niyə qalmalıdı və ya "getməlidi" deyənlər niyə haqlı deyillər - buna aydınlıq gətirər. Buyaxınlarda bir az dəyişiklik etmişdi: "Foqts dünya səviyyəli bir mütəxəssisdi, ona sonadək inanmaq lazımdı" demişdi.
Artıq üçüncü ildi ki Foqts Azərbaycan yığmasındadı. Yalnız dünən, Sadıqov görün nə deyib: "Müxtəlif xarici ölkələrdə keçirilən bahalı təlimlər, çempionatda fasilələr yaranarkən təşkil olunan şərait yiğma komandadan və baş məşqçi Berti Foqtsdan nəticə tələb etməyə imkan verir".
Ohh...! Aysberq ekoloji pozuntunun yaratdığı qlobal istiləşmədən ziyan gördü, nəhayət - bir az da olsa əridi.

"Bu adam 2 seçmə mərhələdir ki, milliyə rəhbərlik edir. Deməli, heyətin komplektləşdirilməsindən söhbət gedə bilməz. Bunun üçün ona kifayət qədər vaxt verilib. Ümumiyyətlə, milli tarixində heç bir mütəxəssisə bu qədər vaxt verilməyib və güvənilməyib. Yəni səslənəcək hansısa fikir bəhanədən başqa bir şey olmayacaq. Hesab edirəm ki, Foqts barəsində Türkiyə ilə oyundan sonra qərar vermək olar".

Sadıqov, lütfən, insanları aldatmaqdan əl çəkin. Əgər xarakterinizdə təəssübkeşlik adlı keyfiyyətin varlığına inansaydıq, heç bu yazının ərsəyə gəlməsinə ehtiyac qalmazdı. Siz "Xəzər Lənkəran" - "Neftçi" oyununda böyümüş fanat münaqişəsindən sonra özünü araya atıb bəyanat paylayan lazımsız veteran futbolçu yığnağından bir qram artıq faydalı olmamısız. Siz yuxarıdan gələn göstərişi mübtəda-xəbər formasında tirajlayanlardan biri...
Əgər kimsə Sadıqovun Azərbaycan futboluna xidmətlərinin olduğunu haray çəkib bizi suçlayacaqsa, pardon, səmimiliyinizə inanmağa vaxt da istəmirik.
Adam xidmət əvəzində haqqını alıb? Alıb! Mən jurnalist kimi gördüyüm işə görə pul alıramsa, o da öz işinə görə bu cür edib. Qazanc yeri "xidmət etmək" anlayışına həm sinonimdi, həm də antonim.
Foqtsun tənqid olunmasına bir razılıq verilib ki Sadıqov da dinib. Millinin üzvləri, bəzi məşqçilər, veteran dəstəsi... xor başlayıb.
Elxan Məmmədov artıq Rövnəq Abdullyevə o qədər yalan satıb ki, "bazara" hədsiz pul axınından inflyasiya başlayıb. İndi çarə qalıb əlaltında olan "xor kapellosuna". Onlar maksimum həddə tənqid nəğmələri oxumalıdılar. Abdullayev onsuz da bilmir futbol nədi, hələ "fair-play"la "play-off"un fərqini öyrənsin.
Sadıqov, hansı havanı oynadığınızı təkrarlamağa ehtiyac var?

Yazarın bütün yazıları

oxunma sayı: 689 | Paylaş:




?>